Fransisko Paskual Obama Asue — Vikipediya

Fransisko Paskual Ayqu Obama Asue
  • fr. Francisco Pascual Eyegue Obama Asue
  • port. Francisco Pascual Eyegue Obama Asue
  • isp. Francisco Pascual Eyegue Obama Asue
Ekvatorial Qvineya Respublikasının Baş naziri
23 iyun 2016 – h.h
ƏvvəlkiVinsente Eate Tomi
Şəxsi məlumatlar
Doğum tarixi (75 yaş)
Fəaliyyəti siyasətçi

Fransisko Paskual Ayqu Obama Asue (fr. Francisco Pascual Eyegue Obama Asue; port. Francisco Pascual Eyegue Obama Asue; isp. Francisco Pascual Eyegue Obama Asue; 21 aprel 1949) — 23 iyun 2016-cı ildən etibarən Ekvatorial Qvineyanın Baş naziri vəzifəsini icra edən siyasətçi.[1]

Baş nazir postunu tutmazdan öncə o, Səhiyyə və Sosial Təminat Naziri, eyni zamanda Ticarət Naziri olmuşdur. Ticarət Naziri olduğu müddətdə İspaniyanın idxalçı şirkətləri ilə işləyən qonşu ölkə Kamerunda istehsal olunan məhsulların idxalını qadağan etdiyi bilinir. 2015-ci ildə Baş nazir təyin olunandan bəri, dövlət idarəçiliyində korrupsiya artdı və prezident məsləhətçiləri və də daxil olmaqla, kabinet üzvlərinin əksəriyyəti ən yüksək vəzifələri daşıyan təcrübəsiz insanlardan təşkil edildi.[2]

  1. "Arxivlənmiş surət". 2016-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  2. "Arxivlənmiş surət". 2017-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]