Gədəbəy hadisələri — Vikipediya
Gədəbəy hadisələri | |||
---|---|---|---|
Tarix | 20 iyun – 21 iyun 2023 | ||
Yeri | Söyüdlü kəndi, Gədəbəy rayonu, Azərbaycan | ||
Səbəbi | Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün 2-ci süni gölün yaradılması | ||
Nəticəsi | Söyüdlü kəndinin blokadası | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Ümumi itkilər | |||
| |||
|
Gədəbəy hadisələri[3][4][5][6] və ya Söyüdlü hadisələri[7][8][9] — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.[10][11]
Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin[2] sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb.[12] Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb.[13]
Zəmin
[redaktə | mənbəni redaktə et]Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb. Həmçinin bu etirazların təşkilində Rusiyanın adını çəkən media orqanları da var.[14] Eləcə də Milli Məclisdə Gədəbəy hadisələrinin müzakirəsində deputatlar xarici iz axtarsalar da,[15] digər ziyalılar belə bir izin axtarılmasını tamamilə əsassız sayırlar. Sakinlər süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirmişlər. Aksiya iştirakçıları bildiriblər ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır. Etiraza əsas səbəb isə kənddə yaradılması planlaşdırılan ikinci su hövzəsidir.[16]
Hadisələr
[redaktə | mənbəni redaktə et]Söyüdlü
[redaktə | mənbəni redaktə et]Bakıda
[redaktə | mənbəni redaktə et]Reaksiyalar
[redaktə | mənbəni redaktə et]Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, "polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb."[11]
Videobloqqer, siyasətçi, jurnalist Mehman Hüseynov YouTube kanalında hadisə ilə bağlı videopaylaşım edib. O, paylaşımında aksiyada iştirak edən polislərin cəzalandırılmasını tələb edib.[17]
Müğənni, xalq artisti Brilliant Dadaşova Instagram hesabında hadisə ilə bağlı paylaşım edib. O, paylaşımında hadisəni qınayıb.[18]
Siyasətçi, Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Söyüdlü camaatı onların rahatlığını pozan, həyatlarını və həyətlərini zəhərləyən, dolanışığına və təsərrüfatlarına ciddi təhlükə törədən sianid süni göllərinə qarşı etiraz edirlər. [19]
Nəticə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://gozetci.az/soyudlu-hadis%C9%99l%C9%99rin%C9%99-gor%C9%99-rusiyada-yasayan-az%C9%99rbaycanli-h%C9%99bs-olunub/
- ↑ 1 2 AzadlıqRadiosu. ""Gədəbəydə aksiyaçılar iyunun 20-də həbs olunan sakinlərin azad olunmasını tələb ediblər". Azadlıq Radiosu (az.)". 2023-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
- ↑ "Parlamentin iclasında Gədəbəy hadisələri ilə bağlı məsələ qaldırılıb: "Təxribat əvvəldən təşkil olunub"". 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ "FETÖ – AZƏRBAYCANIN XƏRÇƏNGİ, GƏDƏBƏY HADİSƏLƏRİ -Aqil Abbas yazır". 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ "Gədəbəy hadisələri belə təşkil olunub... BƏZİ MƏLUMATLAR... VİDEO". 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ Gədəbəy hadisələri: "təxribat" iddiası nəyə xidmət edir?[ölü keçid]
- ↑ ""Söyüdlü hadisələri zamanı danışan deputatlar hazırda söyülür"". 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ ABŞ səfirliyində Söyüdlü hadisələrinə diqqət çəkmək istəyən aktivistlər polisə təhvil veriliblər
- ↑ Söyüdlü hadisələri və AŞPA-nın qərarı - ŞOK FAKTLAR (SƏS TV - CANLI)
- ↑ "Gədəbəydə polis sakinlərə qarşı "rezin güllə və gözyaşardıcı qaz istifadə edib"". BBC News Azərbaycanca (az.). 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
- ↑ 1 2 AzadlıqRadiosu. "Gədəbəydə etiraz olub, polis müdaxilə edib". Azadlıq Radiosu (az.). 2023-06-20. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
- ↑ "Gədəbəy sakini: "Qızılı yeyən, zəhərini də aparsın"". BBC News Azərbaycanca (az.). 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
- ↑ "Gədəbəy: polis Söyüdlü kəndinə "giriş-çıxışı bağlayıb"". BBC.com (az.). 20 iyun 2023. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2023.
- ↑ "https://www.xural.com/g%C9%99d%C9%99b%C9%99yd%C9%99-etirazlar-niy%C9%99-k%C9%99ndlil%C9%99rin-etirazinda-rusiya-v%C9%99-abs-izi-axtarmaliyam/". Xural. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ "Parlamentdə Gədəbəy aksiyasının müzakirəsi: Deputatlar "xarici iz" axtarır". Toplum TV (az.). 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ "Gədəbəyin keçmiş deputatı ilə Söyüdlü etirazları barədə". Toplum TV (az.). 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
- ↑ Etiraz edirəm! Gədəbəydə Azərbaycan xalqına divan tutan POLİSLƏR cəzalandırılsın!
- ↑ "Brilliantdan Gədəbəydəki hadisəylə bağlı PAYLAŞIM — FOTO". 2023-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Cəmil Həsənli:"Gədəbəylilərə qarşı Mir Cəfər Bağırovdan başlayan cinayətlər silsiləsindən daha biri törədildi"". www.operativtv.com (az.). 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.