Gənzəçay — Vikipediya

Gənzəçay
Ölkə
Uzunluğu
  • 17 km
Hövzəsinin sahəsi 45 km²

GənzəçayOrdubad rayonu ərazisində çay. Arazın sol qolu.[1]

Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından (2700 m. hündürlükdən) başlanır. 620 m hündürlükdə, Ordubad şəhəri yaxınlığında Araza tökülür. Uzunluğu 17 km, hövzəsinin sahəsi 45 kv. km-dir. Əsasən yeraltı sular və qar suları ilə qidalanır. Yaz-yay daşqınları və güclü sellər müşahidə olunur. Suvarmada istifadə olunur.[1]

  1. 1 2 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 207-208. ISBN 5-8066-1468-9.