Göz xəstəlikləri — Vikipediya
Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa.
Gözün xarici qişası
[redaktə | mənbəni redaktə et]Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və gözü hərəkət etdirən əzələlərin bağlanması üçün xidmət edir. Fibroz qişa 2 yerə bölünür: buynuz qişa və sklera.
Buynuz qişa - O, şəffafdır və səthi hamardır, parıltılıdır. Sındırma qüvvəsi 40 dptr. Horizontal diametri 11 mm, şaquli 10 mm. Mərkəzi hissədə qalınlığı 0,4 - 0,6 millimetr, periferiyada 0,8 - 1,0 millimetr. Əyrilik radiusu 7,8 millimetr. Buynuz qişanın skleraya keçən yarımşəffaf hissəsi limb adlanır eni 1,0 mm-dir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Foqt-Koyanaqi-Xarad xəstəliyi
- Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu