Gəlinbacı — Vikipediya
Gəlinbacı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, toy günlərində, eləcə də digər vaxtlarda, əsasən qızlar və gəlinlər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Qədim zamanlardan qız-gəlinlərin toylarında "Gəlinbacı" oyunu icra olunardı. Gəlin köçən gün qızlar gəlinin başına toplaşır, əllərinə dəmir sinilər alıb gəlinin dilindən mahnı oxuyub ona sataşırlar.
Bu adət sonralar uşaqlar arasında oyuna çevrilmişdir.
Oyunun qaydaları
[redaktə | mənbəni redaktə et]Bir dəstə uşaq (əsasən qızlar) yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan əvvəl onlar dairə şəkili alır, hamıdan yaşca böyük olan oyunçu uşaqlardan (qızlardan) birinə oyunu başlamağı tapşırır. Həmin oyunçu oyuna başlayır və oyunu növbəti oyunçu davam etdirir.
1-ci qız: — Mən gəlmişəm narınc-turunc dişləyəm, Gəlməmişəm toyuq-cücə kişləyəm.
2-ci qız: — Mən gəlmişəm istəkana qənd salam, Gəlməmişəm ürəyimə dərd salam.
3-cü qız: — Mən gəlmişəm əbrə geyəm, sallanam, Gəlməmişəm çit-mit ilə allanam.
4-cü qız: — Mən gəlmişəm çırtıq çalam, oynayam, Gəlməmişəm köpəkləri yallayam…
Oyun bu ardıcıllıqla davam edir. Söz tapa bilməyən iştirakçı sırada dayanıb əl çalmaqla kifayətlənir.