Geokimyəvi landşaftlar — Vikipediya
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxtlarda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müddəalar nəzərə alınmaqla A. İ. Perelman tərəfindən yaradılmışdır. A. İ. Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) landşaftda atomların miqrasiyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, texnogen (başqa sözlə antropogen, yaxud mədəni) landşaftlara ayrılır.[1]
Abiogen landşaft
[redaktə | mənbəni redaktə et]Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu landşaftlarda elementlərin biogen miqrasiyasının praktiki olaraq mövcud olmamasıdır. Yüksək dağ zirvələri, suayrıcıların qar və qismən buzlaqlarla örtülmüş hissələri belə landşaftlara aid edilir.[1]
Biogen landşaft
[redaktə | mənbəni redaktə et]Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqrasiyanın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fiziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji dövranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji kütlənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyişməsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümumi canlı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kəmiyyətlərin nisbətindən asılı olaraq müəyyənləşdirilir (N. İ. Bazileviç, L. E. Rodin, 1965).[1]
Böyük Qafqazda formalaşan landşaf tipləri
[redaktə | mənbəni redaktə et]Landşaft yaradıcı amillərin, eləcə də oksigen, hidrogen, karbon və azot kimi əsas hava miqrantlarının bioloji dövranının xüsusiyyətlərinin təsiri altında Böyük Qafqazın cənub yamacında nival-subnival, yüksək dağ-çəmən (alp və subalp çəmənlikləri), dağ-meşə (orta dağ-meşə, alçaq dağ-meşə, dağətəyi meşə-kol) landşaftları, tədqiq etdiyimiz ərazinin cənuba davamı olan Alazan-Əyriçay vadisində isə dağətəyi maili-düzənlik (seyrək meşəliklər, kserofit kolluqlar, meşədən sonrakı çəmən və çəmən bataqlıq) landşaftları formalaşmışdır.[1]