GIF — Vikipediya
GIF | |
---|---|
Fayl adı uzantısı | .gif |
MIME tipi | image/gif |
Vikianbarda əlaqəli mediafayllar |
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı.
GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir.
GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər. GIF formatından veb-səhəfələrdə geniş istifadə olunur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.