Həmidə Ömərova — Vikipediya

Həmidə Ömərova
Həmidə Məmməd qızı Ömərova
"Qızıl uçurum" filmindən (1980)
"Qızıl uçurum" filmindən (1980)
Doğum tarixi 25 aprel 1957(1957-04-25)[1] (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1977-ci ildən
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987 "Sənətkar" medalı Azərbaycan LKGİ mükafatı — 1986
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023
IMDb ID0648345
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmidə Ömərova (25 aprel 1957[1], Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021).

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. [2] 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.[3]

Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.

Mükafatları və fəxri adları

[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

[redaktə | mənbəni redaktə et]
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Hasarın o üzü Humay 21 dekabr 2013 Bəhram Osmanov Əli Əmirli

Azərbaycan Teatr Xadimləri İttifaqı

[redaktə | mənbəni redaktə et]
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Stullar[5] Semiramida 19 dekabr 2016 İlkin Mehdiyev Ejen İonesko
  1. 1 2 Hamida Omarova // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. "Həmidə Ömərovanın həyatı". news.milli.az. 30 İyun 2017. 28 mart 2022 tarixində arxivləşdirilib.
  3. H.Ömərova. "Bizi bağışlayın" filminə rekviyem və yaxud kino-impresionizmə retrospektiv səyahət. Bakı: Mədəni-maarif: jurnal. 2005. səh. 6.
  4. Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.
  5. Mədəniyyət TV. "Stullar. Ejen İonesko" (az.). Youtube.com. 03.03.2017. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
  • "Mən muzey arxivi olmaq istəmirəm" //Odlar yurdu.- London, 2009, yanvar.- səh. 16.
  • "Sənətdə olan qadınların həyatı daha çətindir" //Kaspi.- 2011.- 25–27 iyun.
  • Ömərova, H. "Təsadüfən aktyorluq sənətinə gəlmişəm": Həmidə Ömərova: "Məktəbdən qaçıb hind filmlərini izləməyə gedirdik": [Xalq artistinin müsahibəsi] //Üç nöqtə.- 2015.- 25 may.- S.4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]