Hərbi tibb — Vikipediya

Hərbi tibb tibbin bir bölməsidir. Hərbi xidmətlə əlaqədar insanlarda baş verən xəstəliklərin və xəsarətlərin öyrənilməsi, profilaktikası və müalicəsi, hərbi qulluqçuların sağlamlığı ilə məşğul olur.[1] Həmçinin hərbi (döyüş) əməliyyatlarının aparıldığı ərazidə tədbirlər planı hazırlayır. Hərbi tibb həmçinin çağırışçıların və könüllülərin hərbi xidmətə tibbi-psixoloji uyğunluğunun müəyyən edilməsi meyarlarını öyrənir və hazırlayır.

Yaralıların və xəstələrin tibbi evakuasiyasının müxtəlif mərhələlərində müalicə prosesinin təşkilinə və evakuasiyanın təşkilinə, yaralıların və xəstələrin triajına həsr olunmuş hərbi təbabətin xüsusi bölməsi mövcuddur. Buna tibbi xidmətin təşkili və taktikası (OTMS) deyilir.

  1. "Hərbi tibb ixtisası". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.