Hacı Yəhya Qutqaşınlı — Vikipediya
Hacı Yəhya Qutqaşınlı |
---|
Hacı Yəhya Qutqaşınlı — XIX əsrdə Azərbaycanda fəaliyyət göstərən təsəvvüf alimi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Hacı Yəhya Qutqaşınlı nəqşibəndi şeyxi İsmayıl Şirvani və Abdullah Məkkinin xəlifəsi olub. Son Qəbələ əmiri Hacı Nəsrullah Sultanın oğlu və tanınmış yazıçı İsmayıl bəy Qutqaşınlının böyük qardaşı olan Yəhya əfəndi əvvəlcə İsmayıl Şirvanidən, daha sonra Məkkədə Abdullah Məkkidən icazə alaraq irşad fəaliyyətinə başlamışdır. Bu bölgədəki fəaliyyətləri nəticəsində təqiblərə məruz qalan Hacı Yəhya bəy Osmanlı dövlətinin dəvəti ilə əvvəlcə Çoruma, sonra da İstanbula gedərək bir müddət buralarda yaşamış və fəaliyyət göstərmişdir. Daha sonra Məkkəyə köç edərək vəfat edənə qədər burada yaşamışdır.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]"Məqsədüt-Talibin" və "Hüsnü-Xülq" adında iki əsəri vardır. "Məqsadüt-Talibin" onun təsəvvüfə dair yazdığı dəyərli əsər olub, təsəvvüfün və nəqşibəndiliyin bir sıra məsələlərini açıqlayır.[1]