Hacıməlik — Vikipediya

Hacıməlik
40°37′57″ şm. e. 46°24′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 495 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Hacıməlik xəritədə
Hacıməlik
Hacıməlik

Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[2]

Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır.[3]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  3. Hacıməlik // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.