Harri Kasparov — Vikipediya

Harri Kasparov
rus. Гарри Каспаров
Kasparov 2007-ci ildə
Kasparov 2007-ci ildə
Ölkə SSRİ SSRİ
Rusiya Rusiya
Doğum adı Harri Vaynşteyn
Doğum tarixi (61 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili
Yaşadığı yer
Titulu qrosmeyster
Son reytinqi
  • 2.812 (fevral 2021)[2]
Maksimal reytinqi 2851 (1999)
FİDE nömrəsi 4100018
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
SSRİ əməkdar idman ustası Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
İmza
kasparov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[3][4][…], Bakı[5]) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)

Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.

1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.[6]

Şahmatçı karyerası

[redaktə | mənbəni redaktə et]

1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.

1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.

1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olmuşdur.

1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış, bu adı 2000-ci ildə məğlub olduğu Vladimir Kramnikə təhvil vermişdir.

Kasparovun 1999-cu ilin iyulunda FIDE-nin Reytinq siyahısındakı 2851 ELO reytinq balı 1970-ci ildə qəbul olunmuş bu reytinq sisteminin tarixində şahmatçıya verilən ən yüksək baldır.

10 mart 2005-ci ildə bir daha şahmat turnirlərinə qatılmayacağını açıqlamışdır.

Kompüterə qarşı

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə IBM firması tərəfindən yaradılmış "Deep Blue" şahmat proqramı ilə keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, birinci partiyanı uduzmuşdur. Bununla Kasparov kompüter proqramına partiya uduzan ilk dünya çempionu olmuşdur. 10 fevral 1997-ci ildə isə "Deep Blue"nun təkmilləşdirilmiş versiyası ilə keçirilən matçda 2,5:3,5 hesabı ilə məğlub olaraq kompüter proqramına uduzan ilk dünya çempionu olmuşdur. Oyundan sonra məğlubiyyətinin səbəbini IBM əməkdaşlarının oyun zamanı kompüterə müdaxilə etmələri ilə əlaqələndirərək firmanı fırıldaqçılıqda ittiham etmişdir.

2003-cü ildə "Deep Junior" və "Deep Fritz" proqramlarına qarşı keçirdiyi matçların hər ikisi heç-heçə başa çatmışdır.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" (rus. Объединённый гражданский фронт) sədridir. Rusiya siyasi səhnəsində öz provokativ fəaliyyəti ilə məşhurdur [1].

Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.

İdman nəticələri

[redaktə | mənbəni redaktə et]

Mənbə[7].

İl Şəhər Turnir + = Nəticə Yer
1975 Vilnüs Yeniyetmələr arasında SSRİ çempionatı 4 2 3 9-dan 5½ 8—10
1976 Tbilisi Yeniyetmələr arasında SSRİ çempionatı 5 0 4 9-dan 7 1
Vatinyi Kadetlər arasında dünya çempionatı (18 yaşa qədər) 5 2 2 9-dan 6 3—6
1977 Riqa Yeniyetmələr arasında SSRİ çempionatı 8 0 1 9-dan 8½ 1
Kan-sür-Mer Kadetlər arasında dünya çempionatı (17 yaşa qədər) 2 3 11-dən 7 3
1978 Minsk Sokolski memorialı 11 2 4 17-dən 13 1
Dauqavpils SSRİ çempionatı (yarımfinal) 6 1 6 13-dən 9 1
Tbilisi 46-cı SSRİ çempionatı 4 4 9 17-dən 8½ 9
1979 Banya-Luka Beynəlxalq turnir 8 0 7 15-dən 11½ 1
Minsk 47-ci SSRİ çempionatı 6 3 8 17-dən 10 3—4
1980 Bakı Beynəlxalq turnir 8 0 7 15-dən 11½ 1
Dortmund Gənclər arasında dünya çempionatı (20 yaşa qədər) 8 0 5 13-dən 10½ 1
1981 Moskva Beynəlxalq turnir 3 1 9 13-dən 7½ 2—4
Tilburq Beynəlxalq turnir 3 3 5 11-dən 5½ 6—8
Frunze 49-cu SSRİ çempionatı 10 2 5 17-dən 12½ 1—2
Buqoyno Beynəlxalq turnir 6 0 7 13-dən 9½ 1
1982 Moskva 12-ci mövsümlərarası turnir 7 0 6 13-dən 10 1
Nikşiç Beynəlxalq turnir 9 1 4 14-dən 11 1
Brüssel Beynəlxalq turnir 6 1 3 10-dan 7½ 1
1987 Brüssel Beynəlxalq turnir 11-dən 8½ 1—2
1988 Amsterdam Beynəlxalq turnir 6 0 6 12-dən 9 1
Belfor Beynəlxalq turnir 9 1 5 15-dən 11½ 1
Moskva 55-ci SSRİ çempionatı 6 0 11 17-dən 11½ 1—2
Reykyavik Beynəlxalq turnir 6 1 10 15-dən 11 1
1989 Barselona Beynəlxalq turnir 7 1 8 16-dan 11 1—2
Şellefteo Beynəlxalq turnir 4 0 11 15-dən 9½ 1—2
Tilburq Beynəlxalq turnir 10 0 4 14-dən 12 1
Belqrad Beynəlxalq turnir 11-dən 9½ 1
1990 Linares Beynəlxalq turnir 6 1 4 11-dən 8 1
1991 Linares Beynəlxalq turnir 6 1 6 13-dən 9 2
Amsterdam Beynəlxalq turnir 2 0 7 9-dan 5½ 3—4
Tilburq Beynəlxalq turnir 7 1 6 14-dən 10 1
Reco-Emiliya Beynəlxalq turnir 3 1 5 9-dan 5½ 2—3
1992 Linares Beynəlxalq turnir 7 0 6 14-dən 10 1
Dortmund Beynəlxalq turnir 5 2 2 9-dan 6 1—2
1993 Linares Beynəlxalq turnir 7 0 6 13-dən 10 1
1994 Amsterdam Beynəlxalq turnir 3 1 2 6-dan 4 1
Novqorod Beynəlxalq turnir 4 0 6 10-dan 7 1—2
Xorgen Beynəlxalq turnir 6 0 5 11-dən 8½ 1
1995 Riqa Tal memorialı 5 0 5 10-dan 7½ 1
Xorgen Beynəlxalq turnir 1 1 8 10-dan 5 5
Novqorod Beynəlxalq turnir 4 0 5 9-dan 6½ 1
1996 Amsterdam Beynəlxalq turnir 5 1 3 9-dan 6½ 1—2
Dos-Ermanas Beynəlxalq turnir 3 1 5 9-dən 5½ 3—4
Las-Palmas Beynəlxalq turnir 3 0 7 10-dan 6½ 1
1997 Linares Beynəlxalq turnir 7 1 3 11-dən 8½ 1
Novqorod Beynəlxalq turnir 4 1 5 10-dan 6½ 1
Tilburq Beynəlxalq turnir 6 1 4 11-dən 8 1—3
1998 Tel-Əviv İsrail yığması ilə yarış 8-dən 7
Linares Beynəlxalq turnir 1 0 11 12-dən 6½ 3—4
1999 Veyk-an-Zee Beynəlxalq turnir 8 1 4 13-dən 10 1
Linares Beynəlxalq turnir 7 0 7 14-dən 10½ 1
Sarayevo Beynəlxalq turnir 5 0 4 9-dan 7 1
2000 Veyk-an-Zee Beynəlxalq turnir 6 0 7 13-dən 9½ 1
Linares Beynəlxalq turnir 2 0 8 10-dan 6 1
Sarayevo Beynəlxalq turnir 6 0 5 11-dən 8½ 1
2001 Veyk-an-Zee Beynəlxalq turnir 5 0 8 13-dən 9 1
Linares Beynəlxalq turnir 5 0 5 10-dan 7½ 1
Astana Beynəlxalq turnir 4 0 6 10-dan 7 1
2002 Linares Beynəlxalq turnir 4 0 8 12-dən 8 1
2003 Linares Beynəlxalq turnir 2 1 9 12-dən 6½ 3—4
2004 Linares Beynəlxalq turnir 1 0 11 12-dən 6½ 2—3
Moskva 57-ci Rusiya çempionatı 5 0 5 10-dan 7½ 1
2005 Linares Beynəlxalq turnir 5 1 6 12-dən 8 1

Mənbə[8].

İl Şəhər Yarış + = Nəticə
1983 Moskva Aleksandr Belyavski ilə iddiaçıların 1/4 oyunu 4 1 4 6:3
London Viktor Korçnoy ilə iddiaçıların 1/2 oyunu 4 1 6 7:4
1984 Vilnüs Vasili Smıslov ilə dünya çempionatı iddiaçılarının final oyunu 4 0 9 8½:4½
1984/85 Moskva Anatoli Karpov ilə 1984-1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun (yarımçıq qalıb) 3 5 40 23:25
1985 Hamburq Robert Xübner ilə oyun 3 0 3 4½:1½
Belqrad Ulf Andersson ilə oyun 2 0 4 4:2
Moskva Anatoli Karpov ilə 1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun 5 3 16 13:11
Xilversyum Yan Timman ilə oyun 3 1 2 4:2
1986 Bazel Entoni Mayls ilə oyun 5 0 1 5½:½
London/Leninqrad Anatoli Karpov ilə 1986 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun 5 4 15 12½:11½
1987 Sevilya Anatoli Karpov ilə 1987 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun 4 4 16 12:12
1989 Nyu-York "Deep Thought" kompyuteri ilə oyun 2 0 0 2:0
1990 Nyu-York/Lion Anatoli Karpov ilə 1990 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun 4 3 17 12½:11½
1993 London PŞA versiyası üzrə Naycel Şort ilə 1993 dünya çempionu adı uğrunda oyun 6 1 13 12½:7½
1995 London PŞA versiyası üzrə Vişvanatan Anand ilə 1995 dünya çempionu adı uğrunda oyun 4 1 13 10½:7½
1996 Filadelfiya "Deep Blue" kompyuteri ilə oyun 3 1 2 4:2
1997 Nyu-York "Deep Blue" kompyuteri ilə oyun 1 2 3 2½:3½
2000 London PŞA versiyası üzrə Vladimir Kramnik ilə 2000 dünya çempionu adı uğrunda oyun 0 2 13 6½:8½
2003 Nyu-York "Deep Junior" kompyuteri ilə oyun 1 1 4 3:3
Nyu-York "Deep Fritz" kompyuteri ilə oyun 1 1 2 2:2
2009 Valensiya Anatoli Karpov ilə sürətli şahmat və blits oyunu 9:3

Şahmat olimpiadaları

[redaktə | mənbəni redaktə et]

Harri Kasparov 4 dəfə SSRİ, 4 dəfə isə Rusiya komandasının heyətində — ümumilikdə 8 dəfə şahmat olimpiadasında iştirak edib. 1980-ci ildəki olimpiadada o ehtiyatda olub, 1982-ci ildə ikinci taxtada — qalan altı olimpiadada isə birinci taxtada oynayıb[7][9].

İl Şəhər Olimpiadanın mömrəsi + = Nəticə Komanda nəticəsi Şəxsi nəticə
1980 Valletta 24-cü olimpiada 8 1 3 12-dən 9½ 1 3
1982 Lüsern 25-ci olimpiada 6 0 5 11-dən 8½ 1 3
1986 Dubay 27-ci olimpiada 7 1 3 11-dən 8½ 1 1
1988 Saloniki 28-ci olimpiada 7 0 3 10-dan 8½ 1 1
1992 Manila 30-cu olimpiada 7 0 3 10-dan 8½ 1 1
1994 Moskva 31-ci olimpiada 4 1 5 10-dan 6½ 1 17
1996 İrəvan 32-ci olimpiada 5 0 4 9-dan 7 1 2
2002 Bled 35-ci olimpiada 6 0 3 9-dan 7½ 1 4
  1. https://www.newyorker.com/magazine/2007/10/01/the-tsars-opponent.
  2. FİDE FIDE Standard Ratings as of 28 February 2021. 2021.
  3. http://www.imdb.com/name/nm0440716/bio.
  4. Garry Kasparov // filmportal.de. 2005.
  5. BNE authority file.
  6. "Gorbachev Is at Fault, Chess Champion Says". Reuters. 15 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2012. 'In any democratic country Gorbachev would have resigned by now, Mr. Kasparov, who fled from Baku last Thursday, told the French television. He is unable to resolve the nationality problem, and should assume responsibility for what has happened, he said. Mr. Kasparov fled from Baku to Moscow on a chartered plane.
  7. 1 2 Linder İ. M., Linder V. İ.. Harri Kasparov. Həyat və oyun. səh. 507–510.
  8. Linder İ. M., Linder V. İ. Harri Kasparov. Həyat və oyun. səh. 510–511.
  9. "Kasparov, Garry". OlimpBase (ingilis). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]