Heykəltaraşlıq — Vikipediya
Heykəltaraşlıq[1] — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.
Növləri
[redaktə | mənbəni redaktə et]Heykəltaraşlıq əsasən 2 növə ayrılır:
- həcmli və ya dairəvi
- relyef (barelyef, qorelyef).
Sahələri
[redaktə | mənbəni redaktə et]Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur:
- monumental
- dekorativ
- dəzgah heykəltaraşlığı.
Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır.
Azərbaycanın professional heykəltaraşlığı
[redaktə | mənbəni redaktə et]Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdüləhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.[2]
Müasir dövrdə Azərbaycan heykəltaraşlığı
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Ömər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı, Fuad Salayev (R. Behbudov, Bakı, 2016, tunc), Fazil Nəcəfov (Q. Qarayev, Bakı, 2014, qranit), Akif Əsgərov (akad. Y. Məmmədəliyev, Bakı, 1998, tunc), Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu. Şərif Şərifovun Gəncədə (Həyat ağacı, 2015, tunc), Elman Cəfərovun Naxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltaraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun (Ü. Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər), Səlhab Məmmədov və Əli İbadullayevin (Nizami Gəncəvi, Roma, İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo, Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir. Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır[3].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 255. ISBN 978-9952-523-37-9.
heykəltaraşlıq
- ↑ "Heykəltaraşlıq–Azərbaycan Dövlət Rəsm Qalereyası" (az.). http://azgallery.az/. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Heykəltaraşlıq" (az.). http://intangible.az/. 2020-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.