Hidrostatika — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Hidrostatika — Mayelərin və ya qazların qabın dibinə və ya kənarlarına göstərdiyi təsirə deyilir.Hidromexanikanın mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən bölməsi.[1][2]
Hidrostatika mayelərin saxlanması, nəqli və istifadəsi üçün qurğuların yaradılmasıyla məşğul olan hidravlika mühəndisliyi üçün əsasdır. O həmçinin geofizika və astrofizika (məsələn, lövhələrin tektonikasını və Yerin qravitasiya sahəsinin anomaliyalarını anlamaq üçün), meteorologiya, tibb (qan təzyiqini öyrənərkən) və bir çox başqa sahələrin tərkib hissəsidir.
Hidrostatika atmosfer təzyiqinin nə üçün hündürlüyə görə dəyişdiyini, ağac parçasının və yağın nə üçün suda üzdüyünü, durğun suyun səthinin nəyə görə düz olduğunu fiziki baxımdan açıqlayır.
Hidrostatikada hündürlük qabın dibindən deyil,suyun səthindən ölçülür.Buna görə də cisim qabın dibinə endikcə hidrostatik təzyiq artır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Fluid Mechanics/Fluid Statics/mentals of Fluid Statics — Wikibooks, open books for an open world". en.wikibooks.org.
- ↑ "Hydrostatics". Merriam-Webster.