Hindistanın dövlət quruluşu — Vikipediya
Hindistan | |||||
---|---|---|---|---|---|
भारत गणराज्य Republic of India | |||||
| |||||
sanskr. सत्यमेव जयते (Yalnız haqq qalib gəlir) | |||||
Himn: জন গণ মন(Xalqın canı) | |||||
Tarixi | |||||
• Elan olunub | 15 avqust 1947-ci il | ||||
Paytaxt | Nyu Dehli | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Pranab Mukherjee | ||||
Baş Nazir | Narendra Modi | ||||
Sahəsi | Dünyada 7-ci | ||||
• Ümumi | 3287590 km² | ||||
• Su sahəsi (%) | 9,5 | ||||
Əhalisi | |||||
• Əhali | 1 210 193 422 nəfər (2-ci) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Hindistanın dövlət quruluşu - 1950-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən Hindistanda hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Hindistan 1950-ci ilin yanvar ayında təsdiq edilmiş [1], 397 maddədən və 9 kitabçadan ibarət Konstitusiyalı federativ respublikadır.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Hindistanın tərkibinə - Baş nazirin məsləhəti əsasında federal Prezidentin 5 illik müddətə təyin etdiyi qubernatorların idarə etdiyi və hər birinin qanunvericilik orqanı (Assambleya) və Hökuməti olan 25 muxtar ştat [2] (Andxra-Pradeş, Arunaçap-Pradeş, Assam, Bixar, Qoa, Qucarat, Cammu və Kəşmir, Qərbi Benqaliya, Karnataka, Tamilnad, Pəncab, Tripura, Uttar-Pradeş, Mizoram, Manipur və s.) və 7 ittifaq ərazisi daxildir.
Hindistanda mövcud olan Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqarxaveli, Daman və Diu, Lakşadvip və Puttuççeri (Pondişeri) adlanan ittifaq əraziləri və paytaxt - Dehli [3] ərazisinın hər biri federal Prezidentin təyin etdiyi qubernator və ya inzibatçısı tərəfindən idarə edilir.
Dövlət başçısı
[redaktə | mənbəni redaktə et]Prezident - ştatların qanunverici məclislərinin üzvləri ilə Parlamentin hər iki palatasının seçici üzvlərindən ibarət seçki kollegiyası tərəfindən 5 illik müddətə seçilir. Prezident ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Prezident ölkədə olmadığı və ya vəfat etdiyi halda, Parlamentin hər iki palatasının üzvləri tərəfindən 5 il müddətinə seçilən vitse-prezident onun səlahiyyətlərini icra edir. Vitse-prezident eyni zamanda, ştatlar şurasının sədridir. Ölkədə icraedici hakimiyyət prezident və vitse-prezident tərəfindən həyata keçirilir.
Qanunverici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Ştatlar Şurası "Raja Sabxa"dan və Xalq Palatası "Lok Sabxa"dan ibarət olan ikipalatalı Parlament tərəfindən həyata keçirilir. Ştatlar Şurası ən çoxu 250 nəfərdən ibarətdir və bunlardan 12-si Prezident tərəfindən təyin olunur. Qalan üzvlər isə ştatların qanunverici orqanlarının seçici üzvləri tərəfindən 6 illiyə proporsional sistem üzrə seçilir. Üzvlərin 1/3 hissəsi 2 ildən bir yenidən seçilir.
Qanun layihələri hər iki palatada təqdir edildikdən və Prezidentin formal razılığı alındıqdan sonra qüvvəyə minir. Konstitusiyaya təklif edilən düzəlişlər - hər bir palatanın üzvlərinin 2/3 hissəsinin və bütün üzvlərin sadə səs çoxluğunun razılığı ilə həyata keçirilir və Prezidentin icazəsi ilə müşayiət olunur.
Mərkəzlə ştatlar arasında səlahiyyətlərin bölgüsünə, ştatların Parlamentdəki nümayəndəliklərinə, Ali Məhkəmənin və yüksək məhkəmələrin fəaliyyətinə dair düzəlişlərin qanuni qüvvəyə minməsi üçün ştatların qanunverici orqanlarının, heç olmazsa, yarısının ratifikasiyası tələb olunur. 1950-ci ildən bu günə qədər 80-dən çox düzəlişlər qəbul edilmişdir.
Hər bir ştat 5 illik müddətə seçilən və üzvlərinin sayı 32-425 arasında dəyişən Qanunvericilik orqanına və ya Vidxan Sabxaya malikdir. Beş daha böyük: Bixar, Cammu və Kəşmir, Karnataka, Maxaraştra və Uttar-Pradeş ştatları Qanunvericilik şurası və ya Vidxan Parişad adlandırılan Qanunvericilik palatası tərəfindən həyata keçirilir. Xalq palatası ən çoxu 545 üzvdən ibarətdir. Deputatlar xalq tərəfindən ümumi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Hər ştatın öz qanunverici məclisi və hökuməti vardır. İttifaq bölgələri mərkəzi hökumət tərəfindən idarə olunur.
İcraedici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Hindistanda icra hakimiyyəti, həm Prezident, həm də Parlament çoxluğunu qazanmış Federal Hökumət tərəfindən həyata keçirilir. Nazirlərin İcraedici Şurasına - qarşısında məsuliyyət daşıdığı Qanunvericilik orqanından olan hökumət başçısı rəhbərlik edir. Belə ki, bu orqanın dəstəyi olmadan Baş nazir vəzifəsinə seçilmək mümkün deyil. Ştatlar təhsil, səhiyyə, polis və yerli hakimiyyət orqanları üzərində ilkin nəzarəti həyata keçirir, iqtisadi sahədə isə mərkəzin göstərişlərinə uyğun fəaliyyət göstərirlər. Böhran zamanı mərkəzi hökumət və ya Prezident hökumətin idarə edilməsini müvəqqəti olaraq öz əlinə götürə bilər.
Federal hökumət Konstitusiyanın 97 maddəsinin tərkibinə aid olan vətəndaşlıq, müdafiə, xarici ticarət və xarici işlər sahələrində təkbaşına məsuliyyət daşıyır və iqtisadi məsələlərdə həlledici rol oynayır.
Məhkəmə hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Ölkədə məhkəmə hakimiyyətini ən yüksək məhkəmə instansiyası sayılan, sədri və üzvləri (Ali Məhkəmənin sədrinin təqdimatı əsasında) Prezident tərəfindən təyin olunan Ali Məhkəmə həyata keçirir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Неру Дж. Открытие Индии / Джавахарлал Неру / Пер. с англ.; Переводчики: В.В. Исакович, Д.Э. Кунина, И.С. Кливанская, В.Ч. Павлов; Ред. перевода В.Н. Мачавариани.. — М.: Издательство иностранной литературы, 1955.
- Ивашенцов Г. А. Индия. — М.: Мысль, 1989.
- Wolpert, Stanley (2003), A New History of India, Oxford and New York: Oxford University Press. Pp. 544, ISBN 0195166787.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2010-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
- ↑ http://districts.gov.in/ Arxivləşdirilib 2007-10-11 at the Wayback Machine Districts of India. Government of India. National Informatics Centre (NIC)
- ↑ http://www.loc.gov/collections/country-studies/about-this-collection/ Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine Country Profile: India (PDF). Library of Congress - Federal Research Division (December 2004)