Hirami Əhməd Paşa məscidi — Vikipediya

Hirami Əhməd Paşa məscidi
Ölkə
Üslubu Bizans memarlığı
Materialı kərpic
Hirami Əhməd Paşa məscidi xəritədə
Hirami Əhməd Paşa məscidi
Hirami Əhməd Paşa məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hirami Əhməd Paşa məscidi — Şərqi Roma dövrünə aid dini binadır. Tikinti tarixi məlum deyil. Onun tikilmə tarixinin 11-12-ci əsrlər olduğu təxmin edilir. 1455-ci ildə Rum Ortodoks Patriarxlığı Pammakaristos Monastırına köçəndə buradakı rahibələr tərəfindən qurulmuşdur. 1586-cı ildə Hirami Əhməd Paşa tərəfindən məscidə çevrilmişdir.[1] Qapalı çarpaz planlı tikililər növü olan, narteks və apsis çıxıntıları ilə birlikdə uzunluğu 15 metrdən çox olmayan bu kiçik tikili çox yaxşı vəziyyətdə günümüzə qədər gəlib çatmışdır. Ortada pəncərəsi olan hündür nağara günbəzi, şərq tərəfdə biri böyük, ikisi kiçik üç apsislidir. Bina İstanbulda, Fatih səmtində, divarlarla əhatə olunmuş şəhərin ən mühafizəkar bölgələrindən biri olan Çarşamba məhəlləsində yerləşir.

1453-cü ildə Konstantinopolun fəthindən əvvəl bu kilsə haqqında heç bir məlumat yoxdur. Tikinti üslubu binanın 12-ci əsrə aiddir.[2] 16-cı əsrin sonunda Sultan III Muratın dövründə əvvəllər Yeniçərilər Ağası olan Hirami Əhməd Paşa Pammakaristos kilsəsini məscidə çevirdi. O, Müqəddəs Yəhya kilsəsi ilə də eyni şeyi etdi, rahibəxananı bağladı və rahibələri qovdu.[3] Kiçik bina 20-ci əsrin əvvəllərində xarab oldu. 1961-ci ildə diqqətlə bərpa edildi və yenidən İslam ibadətinə açıldı.[4][5]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
1870-ci illərdə məscid.

Bina kərpic və daşla hörgüdən tikilib. Narteks daxil olmaqla cəmi 15 metr (49 fut) uzunluğundadır. Şimal və cənubdakı xaçın qolları örtülmüş, içərisi üçlü pəncərələrlə işıqlandırılmışdır. Üç apsis yarımdairəvidir. Mərkəzi apsis çöldə uzanır və böyük bir pəncərə ilə açılır, başlıqları olan iki sütunla üç hissəyə bölünür. Diakonika məscidin mehrabı kimi yenidən istifadə edilmişdir. Məscidin minarəsi yoxdur. Bərpadan əvvəl bina çox pis vəziyyətdə idi: narteks demək olar ki, tamamilə dağılmışdı, sütunlar yoxa çıxmışdı və rəsmlər demək olar ki, görünmürdü. Çatışmayan dörd sütun, mənşəyi məlum olmayan qədim sütunlarla əvəz edilmişdir. Bina heç vaxt sistematik tədqiqat obyekti olmayıb.[6]

  1. Janin (1953), p. 423.
  2. Van Millingen (1912), p. 202.
  3. Janin (1953), p. 456.
  4. Mamboury (1953), p. 263.
  5. Müller-Wiener (1977), p. 146.
  6. Janin (1953), p. 457.