Hiromu Arakava — Vikipediya
Hiromu Arakava | |
---|---|
Arakava Hiromi yap. 荒川弘美 | |
Doğum tarixi | |
Doğum yeri | Hokkaydo prefekturası, Yaponiya |
Milliyyəti | yapon |
Fəaliyyəti | Manqaka |
Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.[1]
Arakava Tokioya 1999-cu ildə köçüb, orada Mahōjin Guru Guru manqanın müəllifi olan Hiroyuki Etonun assistenti kimi manqa sənayedə karyeranı başladı.[2] Onun özünün karyerası 1999-cu ildə Monthly Shōnen Gangan jurnalında Stray Dog manqasının çapından başlayıb. Stray Dog 21-ci əsrin Shōnen Gangan 9-cu mükafatı aldı.[1] 2000-ci ildə o, Shanghai Yōmakikai manqasının bir fəsili Monthly Shōnen Gangan jurnalında nəşr etdi.[3] 2001-ci ilin iyulda həmin jurnalda Arakavanın Fullmetal Alchemist manqasının birinci fəsili nəşr olunub.[4] Serial 108 fəsilə uzandı, sonuncu fəsili 2010-cu ilin iyulda çıxdı. Sonra onu iyirmi yeddi cildə yığdılar.[5][6] Bones studiyası bu manqasının anime adaptasiyanı çəkəndə, Arakava onlara inkişafı ilə kömək edirdi. [7] Lakin sonra, o studiyaya məzmun ilə öz başına işləməyə verdi ki, manqa ilə animenin fərqli sonluqlar olsun. Özü isə manqanı inkişaf etməyə davam etdi. 2004-cü ildə bu manqa serialı şonen kateqoriyasında 49-cu Shogakukan Manga mükafatı aldı. İkinci anime adaptasiyasın sonu yaxınlaşanda Arakava onun rejissora, Yasuhiro İrieyə manqanın sonu haqqında planlarını göstərdi. Sonların ikisi də bir birinə yaxın tarixlərdə çıxdılar.[8]
2007-ci ildə o, hamiləliyə görə məzuniyyəti almayaraq oğlunu dünyaya gətirdi. 2014-cü ilin fevralın 12-də çıxan intervyusunda Arakava qeyd etdi ki, onun üçüncü uşağı bir neçə gün əvvəl dünyaya gəlmiş. Bundan başqa o, öz şəxsi həyatının məsələləri gizli saxlamağa qərar verdi.
O, indi Tokioda yaşayır və orada daha üç layihə yaradıb: Raiden 18, Sōten no Kōmori (Bat in Blue Sky), və Qəhrəman Əhvalatları.[9][10] Qəhrəman Əhvalatları manqası Arakava ilə Studio Flag tərəfindən Huan Cin Jou ləqəbin altında yaradılmışdır. Bu serialın anime adaptasiyada isə Arakava personajlar dizaynları üçün məsul idi.[11] Həmiçinin o, Sara Brennanın Demon leksikası romanın yapon tərcüməsi üçün üz qapağı çizdi.[12]
2011-ci ilin aprelində Arakavanın Gümüş qaşığ adlı serialı Shogakukan nəşriyyatın Weekly Shōnen Sunday jurnalında çap olunmağa başlad. Fullmetal Alchemist kimi daha bir fentezi yazmağa əvəzinə Arakava Gümüş qaşığ manqasını daha realistik yazmağı ilə özünə əzab verməyə qərar verib.[13] Gümüş qaşığ Shogakukan nəşriyyatın bestsellerlərin arasında tez böyüdü. A-1 Pictures studiyası yaratdığı bu manqasının əsasında anime serialı 2013-cü ilin iyulda efirə çıxmağa başladı.[14] 2013-cü ilin iyulda o, Yoşiki Tanakanın Arslanın qəhrəman əfsanələri romanın manqa adaptasiyanı yazmağa başladı. Bu manqa Kodansha nəşriyyətin Bessatsu Shōnen Magazine jurnalında seriallaşır.[15]
Layihələri[redaktə | mənbəni redaktə et]
| Mükafatları və nəmizədləri[redaktə | mənbəni redaktə et]
|
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "ja:インタビュー - 荒川弘" (Japanese). Yahoo.com. December 9, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 6, 2008.
- ↑ "Get to Know a Manga Artist: The Unstoppable Hiromu Arakawa" (English). themarysue.com. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral, 2015.
- ↑ Arakawa, Hiromu. "Shanghai Yōmakikai". Monthly Shōnen Gangan (Japanese). Square Enix. March 2000.
- ↑ "Hiromu Arakawa". Viz Media. October 17, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 3, 2009.
- ↑ "FMA: B Ends July 4; Sengoku Basara 2 Starts July 11". Anime News Network. June 8, 2010. July 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2010.
- ↑ "ja:鋼の錬金術師 27巻" (Japanese). Amazon.com. November 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 18, 2010.
- ↑ Arakawa, Hiromu. 鋼の錬金術師 パーフェクトガイドブック 2. Square Enix. 2005. 168–172. ISBN 978-4-7575-1426-3.
- ↑ "News FMA: B Ends July 4; Sengoku Basara 2 Starts July 11". Anime News Network. June 8, 2010. July 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2011.
- ↑ "Raiden 18" (Japanese). Shogakukan. 2009-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-03.
- ↑ "New Manga Magazine from Square-Enix". Comipress.com. September 29, 2006. May 31, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2009.
- ↑ "Hero Tales Anime Staff, First Manga Compilation Announced". Anime News Network. June 22, 2007. July 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2009.
- ↑ "Fullmetal Alchemist's Arakawa Draws Cover for Irish Novelist". Anime News Network. April 28, 2009. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2009.
- ↑ "Animeland" (French) (189). Asuka Editions. January 2013. 2015-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ ""Fullmetal Alchemist" author's new series is called "Silver Spoon"". Tokyohive. March 30, 2011. August 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2011.
- ↑ "Fullmetal Alchemist's Arakawa to Adapt Tanaka's Arslan Fantasy". Anime News Network. May 7, 2013. June 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2013.
- ↑ "Jushin Enbu". Newtype USA 6 (12) 11. December 2007. ISSN 1541-4817.
- ↑ 小学館漫画賞: 歴代受賞者 (Japanese). Shogakukan. 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-08-19.
- ↑ "News: 15th Tezuka Osamu Cultural Prize Winners Announced". Anime News Network. May 2, 2011. June 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 2, 2011.
- ↑ "日本SFファングループ連合会議: 星雲賞リスト" (Japanese). October 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2012.
- ↑ "Hiromu Arakawa's Silver Spoon Wins 5th Manga Taisho Award". Anime News Network. March 23, 2012. 2014-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- ↑ "ja:第58回小学館漫画賞発表:小学館" (Japanese). Shogakukan. 2004-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hiromu Arakava Anime News Network saytın ensiklopediyasında