Horbadeğ — Vikipediya
Kənd | |
Horbadeğ Orbatex | |
---|---|
39°53′41″ şm. e. 45°20′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.880 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Horbadeğ, Orbatex — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 13 km şimal-qərbdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Kəndin adı erməni mənbələrində Xorvadeğ formasında da qeyd edilir[3].
Fikrimizcə, kəndin adı türk dilində "çuxur, xəndək", "yarğan" mənalarında işlənən or sözü ilə [4], fars dilində "kənd, qışlaq" mənasında işlənən değ (dex) sözünün[5][6] birləşməsindən əmələ gəlmişdir. Türk dilində "yarğan, çuxur", "xəndək" mənasında işlənən or (hor) sözü erməni dilində xor, xorf formalarında işlənir[7].
Toponimin əvvəlindəki "h" samiti əlavə edilmiş səsdir. Or (hor) və değ sözlərinin arasındakı "ba" isə bitişdiricidir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 nəfər, 1904-cü ildə 592 nəfər, 1914-cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 65 nəfər, 1931-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır[8].
Burada yaşayan azərbaycanlılar 1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə, 1988-ci ildə isə Ermənistan dövlətinin xüsusi göstərişi ilə zorla Azərbaycana köçüriilmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92
- ↑ Севортян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтюркские основы на гласные), М., "Наука", 1974. s.466–467
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.177
- ↑ Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.139
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.596
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161