Hunanlar — Vikipediya

Hunanlar
41°03′44″ şm. e. 45°45′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.919 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6031[2]
Hunanlar xəritədə
Hunanlar
Hunanlar

Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan[4] kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[6]

Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır. Ruslarda Kirsanov soyadı və Tambov vilayətində bu soyadla bağlı şəhər də qeydə alınmışdır.[7]

Hələ 1930-cu ildə Kirzan Azərbaycanın 3-cü udi kəndi (NicVartaşen (indiki Oğuz şəhəri) ilə yanaşı) hesab edilirdi[8].

19-cu əsr ermənişünası Aleksandr D. Yeritsyan öz tədqiqatlarının nəticəsi olaraq "Yelizavetpol quberniyasının Qazax uyezdinin dövlət kəndlilərinin iqtisadi məişəti" əsərində yazır:[9]

Əsrin ortalarında kənd utilərdən (udilərdən) ibarət idi və əhalisi çox olan yaşayış məskəni hesab edilirdi. kanalların izləri, bağlardan qalan qalıqlar və çoxlu sayda qədimi dağıntılar sübut edir ki, nə vaxtsa bu kənddə 700-dən çox ev var idi.

Qədim utilərin əcdadları indi də burada yaşayırlar. Onlardan bir hissəsi erməniləşiblər: ermənicə danışırlar, lakin çoxları öz qədim əcdadlarını və udi dilini xatırlayır.

Təəssüf olsun ki, Kirzan kəndinin əhalisi iqlim və digər yerli şəraitdiən, məişətindən asılı olaraq sürətlə və hissediləcək dərəcədə azalmağa başladı. 1873-cü ilin kameral yazılarında 29 evin və hər iki cinsdən 198 nəfərin olduğu göstərilmişdir, 1885-ci ildə 26 ev və 132 nəfər göstərilir. Kirzanlılar öz vətənlərinə çox bağlıdırlar. Onlar varlıdırlar, əsasən bağçılıqla və şərabçılıqla məşğul olurlar.

Görkəmli udi tarixçisi Voroşil L. Qukasyan udilərin dilləri haqqında məqaləsində Kirzan kəndi haqqında belə məlumat verir:

Qafqazyanı ərazinin (Yelizavetpol quberniyası) əhalisi haqqında 1886-cı ilin (Tiflis, 1893) ailələr üzrə siyahıdan alınmış statistik məlumatlarda qeyd edilir:

"Qazax uyezdi, IV, Bozalqəlin sahəsi № 1104.

Kirzan — udilər 27 ev, kişi 90, qadın 70".

"İnqilab və mədəniyyət" jurnalında "Dünya üçün udi kəndi" başlığı altında yerləşdirilmiş kiçik məlumatda (№ 10, Bakı, 1930, səh. 40) qeyd edilir ki, 1930-cu ildə Kirzanda 36 ev var idi ki, bunlarda da 150-dən çox udi yaşayırdı

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Hunanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
381 Məbəd[10] XII əsr Hunanlar kəndi Memarlıq Ölkə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kür çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[11] 1601 779 822
2009[12] ↗1919 ↗965 ↗954

Vaxtilə əhalisi əsasən udilərdən ibarət olub.[13] XX əsrin əvvəllərində kənd əhalisinin sayı 1500-dən çox idi.

Hazırda kənd əhalisinin əksəriyyətini 1988-ci ildə Qərbi Azərbaycandan olan öz doğma yurdlarından deportasiya edilmiş insanlar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ölkə prezidentinin 20 avqust 2014-cü il tarixli "Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam"ı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat, 1 iyul 2015-ci il tarixli sərəncamı ilə 4 milyon manat vəsait ayrılmışdır8 Tikinti işləri başa çatdırılmışdır.

Hələlik kənddə mavi yanacaq problemi öz həllini tapmamışdır. Bununla belə mavi yanacağın verilməsi planlaşdırılır.

Kənddə Hunanlar kənd kitabxana filialı,[14] Hunanlar kənd klubu,[15] Hunanlar poçt şöbəsi (AZ6031)[16] fəaliyyət göstərir.

Kənddə Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbi fəaliyyət göstərir.[17][18]

Bundan başqa kənddə Hunanlar kənd uşaq bağçası fəaliyyətdədir.[19]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Hunanlar həkim məntəqəsi yerləşir.[20]

25 fevral 2010-cu ildə Yaponiya dövləti Girzan kəndində tibb mərkəzinin açılışına 96,963 ABŞ dolları miqdarında vəsait ayırmışdır[21].

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
  2. http://tovuz-ih.gov.az/page/25.html.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  4. Kəndin və inzibati-ərazi vahidinin adı yanlışlıqla "Cirzan" kimi qeyd olunmuşdur.
  5. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  6. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  7. Hunanlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 283. ISBN 978-9952-34-155-3.
  8. Журнал "Инглаб вə мəдəниййəт" (№ 10, Баку, 1930, стр. 40) – "Дунjада учунчу уди кəнди" ("3-е селение удин в мире")
  9. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, том 2, вып. 3., стр.44, 1886 г.

    В середине века село было обитаемо утийцами (удинами) и считалось весьма многолюдным. Следы канав, остатки садов и обширные развалины подтверждают предание, что здесь некогда обитало более 700 домов. — Потомки древних утийцев остаются здесь и поныне. Часть из них обарменились, говорят по-армянски, но многие помнят утийский язык (удинский язык) и своё племенное происхождение. — К сожалению, население сел. Кирзан, благодаря климатическим и иным условиям местности и свого быта, заметно и быстро вымирает. По камеральному описанию 1873 г., было 29 домов и 198 душ обоего пола, в 1885 г. 26 домов и 132 душ. Кирзанцы весьма привязаны к своей родине, зажиточны и всецело преданы садоводству и виноделию.

  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 13" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  11. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  12. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  13. Удины // Народы Кавказа. Том 2. М., 1962, стр. 195.В конце 19 в. епископом М. Бархударяном селения удин-христиан были зафиксированы возле г.Тауза (сел. Кырзан и др.)
  14. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  15. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  16. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  17. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  18. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  19. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  20. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  21. "Пресс-релиз". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]