II Qaraçuq nekropolu — Vikipediya
II Qaraçuq nekropolu — Naxçıvan şəhərindən 3 km şərqdə, Qaraçuq kəndi yaxınlığında yerləşən Orta əsrlərə aid arxeoloji abidə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Məlumata görə, nekropolda sənduqə tipli və qoç formalı daşlardan ibarət qəbirüstü abidələr olmuşdur. Bu abidələrin baş daşları, əsasən, yastı daş plitələrdən hazırlanaraq, bəzilərinin baş tərəfi tağvarı formada tamamlanmışdır. Bir neçəsinin üzərində ərəbcə kitabə var. Nekropoldakı ölülərin hamısı müsəlman adəti üzrə dəfn olunub. Abidənin XII-XIX əsrlərə aid olması ehtimal edilir.[1]
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Nekropolda aparılan araşdırmalar Naxçıvanda XII-XIX əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi. Naxçıvan ensiklopediyası. I cild. Naxçıvan: 2005.