I Daud — Vikipediya
I Daud (1499–1582) — Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin hökmdarı (1549–1582).
Haqqında
[redaktə | mənbəni redaktə et]Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin askiyası (hökmdarı) Məhəmməd Benkanın sonuncu oğlu I Daud 1549-cu ildə, 50 yaşında hakimiyyətə gəlmişdir. Onun 33 il davam edən hakimiyyəti dövründə Sonqai dövləti xeyli möhkəmlənmişdir. Orduda intizamı bərpa edən I Daud İslam dinini yaymaq məqsədilə dörd dəfə mosi tayfaları ilə müharibə aparmışdır. O, 1558-ci ildə Mali dövlətini ağır məğlubiyyətə uğradaraq xeyli əsir və qənimət ələ keçirmişdir. I Daud bu müharibədə əsir tutulan Mali şahzadəsi Naru ilə evlənmişdir.
Mənbələrdə onun hafizi-Quran olduğu da qeyd olunmuşdur. O, məscidlərin bərpasına və yenidən tikilməsinə, kitabxanaların açılmasına, xeyriyyə işlərinə daha çox diqqət yetirmişdi.
I Daid 1582-ci ildə vəfat etmiş və onun ölümündən sonra 36 il ərzində hakimiyyətdə növbə ilə 7 oğlu bir-birini əvəz etmişdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- A. Hüseynli. Afrika hökmdarları. Bakı, 2008
- Бюттнер Т. История Африки. М.1981.