I Pyotr adası — Vikipediya

I Pyotr adası
Peter I Øy
Ümumi məlumatlar
Sahəsi 156[1]
Uzunluğu
  • 18,5 km
Eni 11 km
Hündür nöqtəsi 1640 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
68°51′ c. e. 90°35′ q. u.HGYO
Ölkə  Antarktida
Akvatoriya
I Pyotr adası xəritədə
I Pyotr adası
I Pyotr adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Pyotr adası Antarktida qitəsindən 450 km məsafədə, Bellinshauzen dənizində yerləşən və insanlar tərəfindən məskunlaşılmamış vulkanik adadır. Antarktiksubantarktik qurşaqlarda yerləşən BuveKraliça Mod Torpağı adaları ilə birlikdə Norveçin üç dənizaşırı ərazisindən biridir. I Pyotr adasının uzunluğu 11–19 kilometr, sahəsi isə 156 kvadrat kilometr təşkil edir ki, bu da müqayisə üçün bildirək ki, Staten-Aylenddən daha böyük sahəyə sahib olduğu mənasına gəlir. Burada yerləşən ən yüksək zirvə dəniz səviyyəsindən 1640 metr yüksəklikdə olan Lars Kristensen zirvəsidir. Ada demək olar ki, tamamilə buzlaqlarla örtülüdür və ilin əksər vaxtlarında üzən buzlaqlarla əhatə olunur ki, bu da adanı həmin vaxtlarda əlçatmaz edir. Burada bəzi dəniz quşları və pərayaqlılardan başqa, çox az sayda onurğalı heyvanlar da yaşayır.

Ada ilk dəfə 21 yanvar 1821-ci ildə Faddey Bellinshauzen tərəfindən kəşf olunub və rus çarı I Pyotrun şərəfinə adlandırılıb. 2 fevral 1929-cu ilə qədər bu adaya heç kim ayaq basmamışdı. Məhz həmin tarixdə Lars Kristensen tərəfindən maliyyə dəstəyi ilə təmin olunan Nils Larsen və Ola Olştadın rəhbərlik etdiyi "İkinci Norveç Ekspedisiyası" adaya ilk dəfə ayaq basmışdır. 1931-ci ildə ada Norveç tərəfindən anneksiya olundu və 1933-cü ildə asılı ərazi elan edildi. Adaya növbəti dəfə 1948-ci ildə elm adamlarından ibarət qrup və məhdud sayda turist səyahət etdi. I Pyotr adası 1961-ci ildə Antarktika haqqında konvensiyanın subyekti oldu. 1987-ci ildən bəri burada avtomatlaşdırılmış meteoroloji stansiya yerləşdirilib. Adaya mütəmadi olaraq turist səyahətləri təşkil olunur.

Adaya ilk səfər 21 oktyabr 1821-ci ildə Faddey Bellinshauzenin rəhbərlik etdiyi rus bayrağı altında hərəkət edən "Vostok" və "Mirnıy" gəmilərindən ibarət ekspedisiya qrupu tərəfindən təşkil olunmuşdur.[2] O, bu adanı məşhur rus çarı I Pyotrun şərəfinə adlandırmışdır. Ətrafı əhatə edən üzən buzlaqlar adaya 25 kilometrdən artıq yaxınlaşmağa imkan vermirdi. Ekspedisiya qrupu ilk dəfə Cənub Qütb dairəsi boyunca adanın ucqar cənub nöqtəsindən buranı daha yaxından müşahidə etməyə nail oldu.[3] 1910-cu ilin yanvarında Jan-Batist Şarkonun rəhbərlik etdiyi fransız ekspedisiya qrupu bu adanın Bellinshauzen tərəfindən kəşf olunduğunu təsdiqlədi, lakin özləri üzən buzlaqlar səbəbilə adaya ən yaxşı halda 5 kilometrə qədər yaxınlaşa bildi.[3]

Adaya ilk eniş, 1929-cu il.
İki tipli. Vostok və Mirnı. I Pyotr adası.01/11/1821 İlk rus Antarktika ekspedisiyası.
İki tipli. Vostok və Mirnı. I Pyotr adası.01/11/1821 İlk rus Antarktika ekspedisiyası.

1926 və 1927-ci illərdə norveçli Eyvind Tofte "Odd I" adlı gəmi vasitəsilə adanın ətrafında tam dövrə vurdu.[3] Norveçli balina-gəmisi sahibi Lars Kristensen bir neçə dəfə Antarktidaya baş tutmuş ekspedisiyaları maliyyələşdirdi. Antarktidadakı balina ovu stansiyalarından ingilislərin vergi tutmasından və bununla da xeyli gəlir əldə etməsindən ruhlanan Kristensen Norveçə məxsus olan ərazidən daha çox imtiyaz əldə etmək və bu vergilərdən əldə edilən gəlirin öz doğma ölkəsinə çatmasını təmin etmək məqsədilə bu ərazilərdə də balina ovu stansiyaları yaratmağa ümid edirdi.[4] Adaya ayaq basan ilk ekspedisiya qrupu Kristensen tərəfindən maliyyələşdirilən və Nils Larsen ilə Ola Olştadın rəhbərlik etdiyi ikinci "Norveç" ekspedisiya qrupu idi. Onlar 2 fevral 1929-cu ildə adaya ayaq basdı və buranı Norveç ərazisi elan etdi. Larsen 1931-ci ildə bunu yenidən təkrarlamağa cəhd etsə də, üzən buzlaqlar onun bu istəyinə mane oldu. 6 mart 1931-ci ildə Norveç hökuməti adanın Norveç suverenliyi altına daxil olduğunu və 23 mart 1933-cü ildə adanın Norveçdən asılı ərazi olduğunu elan etdi.[3][5]

Adaya növbəti eniş 10 fevral 1948-ci ildə Larsenin rəhbərlik etdiyi "Brateqq" gəmisi vasitəsilə baş tutdu. Üzən buzlaqlar ekspedisiya qrupuna adanı tərk etməyə məcbur etməzdən əvvəl bioloji, geoloji və hidroqrafik müşahidələr üç gün davam etdi. 1959-cu ildə Norveçin Antarktika haqqında konvensiyanı imzalamasından sonra, 23 iyun 1961-ci ildə I Pyotr adası da bu konvensiyanın subyekti oldu.[6][7] Həmin tarixdən etibarən adaya müxtəlif dövlətlərin elmi araşdırma qrupları səyahət etməyə başladı, həmçinin məhdud sayda gəmilər adaya uğurlu şəkildə turist səyahətləri təşkil etməyə nail oldu.

1987-ci ildə Norveç Qütb İnstitutu adaya on bir günlük müddətə beş nəfərdən ibarət elmi araşdırma qrupu göndərdi. Alimlərin adaya göndərilməsində əsas məqsəd aerofotoşəkiltopoqrafik ölçmələr həyata keçirməklə adanın dəqiq xəritəsini çıxarmaqdan ibarət idi. İkinci vacib məqsəd dəniz suyunda bioloji müşahidələr aparmaq, həmçinin geoloji, bioloji və başqa araşdırmalar təşkil etmək idi. Həmin elmi qrup ada ərazisində meteoroloji stansiya da inşa etmişdi.[8] 1987, 1994 və 2006-cı illərdə adaya üç radioekspedisiya göndərildi.[9][10][11]

  1. Peter I Øy Arxivləşdirilib 2011-05-29 at the Wayback Machine // Norsk Polarinstitutt. (Yoxlanılıb 4 mart 2014)
  2. Rubin (2005): 180
  3. 1 2 3 4 Barr (1987): 67
  4. Kyvik et.al (2008): 52
  5. "Lov om Bouvet-øya, Peter I's øy og Dronning Maud Land m.m. (bilandsloven)" (Norwegian). Lovdata. 2013-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2019.
  6. "Parties". Secretariat of the Antarctic Treaty. 2009-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2019.
  7. Barr (1987): 79
  8. Barr (1987): 68
  9. "The FIRST Peter One DXpedition, 1987". Peter One. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2019.
  10. "The 1994 Peter I 3YØPI Expedition". Peter One. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2019.
  11. "We hope you enjoyed the 3YØX DX-perience!". Peter One. 2004-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2019.