I Yezid — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
I Yezid | |
---|---|
Doğum tarixi | 646 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 683 |
Vəfat yeri | |
Vətəndaşlığı | Əməvilər xilafəti |
Atası | I Müaviyə |
Fəaliyyəti | şair, qubernator, Xəlifə |
Vikianbarda əlaqəli mediafayllar |
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti[1]) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin dəstəsinin üzvlərini qətlə yetirmişlər. İkinci ilində Mədinəyə qoşun göndərmiş və şəhəri talan etmişdi.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Yezid 646-cı ildə Suriyada Osman (644-656) dövründə Suriyanın o zamankı hökmdarı Müaviyə ibn əbu Sufyanın və güclü Banu Kalb qəbiləsinin lideri Bəhdəl ibn Unaifin qızı Maysunanın ailəsində anadan olmuşdur. Yezid Ana qohumları ilə birlikdə böyüdü.
Yezid kobud nəvəsib, qəddar, sərt, spirtli içki qəbul etmiş və günah işlətmişdi.[3]
Ölümü
[redaktə | mənbəni redaktə et]Yezid 12 noyabr 683-cü ildə 35 ilə 39 yaş arasında Huvvarində öldü. Oğlu II Müaviyə xəlifə oldu. Ancaq gücü Suriyanın yalnız bəzi bölgələri ilə məhdudlaşdı və bir neçə ay sonra bilinməyən bir xəstəlikdən öldü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/652315/Yazid-I.
- ↑ Ənsab Əl-Ərəb. "112". Shamela. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
- ↑ Əz-Zəhabi. "5/6". Sira ən-Nübələ.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |