Jan Buridan — Vikipediya

Jan Buridan
lat. Johannes Buridanus
Doğum tarixi ən tezi 1295ən geci 1300
Vəfat tarixi təq. 1358[1][2]
Vəfat yeri
Dövr Orta Əsrlər fəlsəfəsi
İstiqaməti nominalizm, məntiq
Əsas maraqları məntiq, Naturfəlsəfə, teologiya
Təsirlənib Vilyam Okkam, Aristotel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Buridan (təqr. 1295, Fransa, Betün, – təqr. 1358, Paris) — orta əsrlər məntiqçisi və filosofu[3].

Paris Universitetində dərs demiş, 13281340-cı illərdə onun rektoru olmuşdur. Aristotelin əsərlərinə şərhlərin və “suallar”ın, həmçinin məntiqə dair traktatların müəllifidir. Məntiqi tədqiqatlarda və naturfəlsəfədə U. Okkamın məntiq və idrak nəzəriyyəsi prinsiplərinə əsaslanmışdır. Buridan elmi bilik anlayışının elə geniş tərifini vermişdir ki, təcrübi təbiətşünaslıq da buraya daxil olmuşdur.[3]

Elmin Aristotel tərəfindən aydın, zəruri və isbat olunmayan mühakimələr əsasında əldə edilmiş bilik kimi tərifini qəbul edərək, Buridan məntiqi cəhətdən zəruri olan mühakimələri təcrübi müddəalara əsaslanan və şərti mənada zəruri mühakimələrdən fərqləndirmişdir. Bunun la o, sxolastikada qəbul olunmuş fizika prinsiplərinin metafizika ilə müəyyənləşdirilməsi müddəasından imtina etmişdir. İnsan davranışlarında iradə və zəkanın əlaqəsinə dair Buridan təlimi mötədil əxlaqi determinizmlə səciyyələnir. İnsan öz ağlının ən üstün bildiyi neməti istəyir. Bir -birinə bərabər nemətlər arasında seçim mümkün deyil: məşhur “Buridan uzun qulağı” iki eyni ot tayası arasında qalıb ölür, çünki seçim üçün heç bir əsas yoxdur. Aristotelin İmpetus (lat. ani şiddət) nəzəriyyəsi kimi məlum olan hərəkət haqqında təliminin orta əsr modifikasiyası Buridana məxsusdur.[3]

  1. Buridan, Jean (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 4. P. 824.
  2. https://www.britannica.com/biography/Jean-Buridan.
  3. 1 2 3  Buridan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 85.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]