Jidi — Vikipediya
Jidi | |
---|---|
38°51′49″ şm. e. 48°34′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var.
Tarixi
[redaktə | mənbəni redaktə et]1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb.[2]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir.[3] Qonşu kəndləri Gəgiran, Diryan, Tuado.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin əhalisi etnik talışlardan ibarətdir. Danışıq dili olaraq əsasən talış dilində danışırlar. Kənd əhalisi İslam dininin şiə məzhəbinə etiqad edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Diryan – "Lənkəranın Mesopotamiyası"". 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-04.
- ↑ "Lənkəranın ucqar kəndinin yolu sürüşdü". 2021-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-04.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Lənkəran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |