Jitvatorok müqaviləsi — Vikipediya
Jitvatorok müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 11 noyabr 1606 |
İmzalanma yeri | Radvaň nad Dunajom, Slovakiya |
Qüvvəyə minməsi | |
• şərtləri |
|
Tərəflər | Osmanlı imperiyası, Habsburq monarxiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Jitvatorok müqaviləsi 11 noyabr 1606-cı ildə Osmanlı imperiyası ilə Avstriya hersoqluğu arasında 1593-1606-cı illər Osmanlı-Avstriya müharibəsinə son qoyan sülh müqaviləsidir.
Osmanlı imperiyası və Avstriya hersoqluğu 15 il davam edən uzun müharibədən sonra yorulmuşdular. Bundan əlavə, Osmanlı imperiyasında Cəlalı üsyanları başlamışdı. Danışıqlara Dərviş Paşa rəhbərlik edirdi. I Əhməd Avstriya kralının ona bərabər tutulmasını əvvəldən qəbul etməmişdi. Ancaq Cəlali üsyanları və bu şərtin yalnız kağız üzərində qalacağını düşündüyü üçün bu şərti qəbul etmişdi. Sultan I Əhməd və Avstriya adından hersoq II Rudolf tərəfindən, Esterqon və Komorin arasındakı Zsitva çayının Dunay çayına töküldüyü yerdə imzalanmışdır.
Müqaviləyə əsasən:
- Eqri, Esztergom və Kanije qalaları Osmanlıların, Raab (Yanikkale) və Komárom qalaları avstriyalıların əlində qalırdı.
- Avstriya Osmanlı imperiyasına birdəfəlik 200.000 qızıl müharibə təzminatı ödəməliydi.
- Avstriya hersoqu Osmanlı sultanı ilə bərabər sayılırdı. Osmanlı Sultanı Avstriya hersoquna Müqəddəs Roma İmperatoru (Kaiser və ya Kayzer) titulu ilə müraciət etməli və hər üç ildən bir qarşılıqlı hədiyyələr göndərilməli idi.
- Avstriyanın malik olduğu Macarıstan torpaqları üçün ödədiyi illik 30.000 duka vergisi ləğv edilirdi.
Zitvatorok müqaviləsi üzdə Osmanlı imperiyasının xeyrinə kimi görünsə də, bu müqavilə Osmanlı imperiyasının artıq əvvəlki qüdrətində olmadığını göstərirdi. Bu müqavilə ilə Osmanlı imperiyasının Mərkəzi Avropadakı üstünlüyünə son qoyuldu. 1533-cü il İstanbul müqaviləsi ilə əldə edilən protokol və hüquq sahəsindəki üstünlük Osmanlı imperiyası üçün sona çatmış və bu iki dövlət və onların hökmdarları hüquq və protokol baxımından bir-birinə bərabər sayılmışdırlar.
Bu müqavilədən sonra Osmanlı imperiyası Avropada əhəmiyyətli bir torpaq sahəsi əldə edə bilməmişdir. Hətta, XVII əsrin sonundan etibarən torpaq itirməyə başlamışdır. Osmanlı diplomatiyası baxımından dönüş nöqtəsidir. Durğunluq dövrünü diplomatiyadakı əksi bu müqavilə ilədir.