Jorje Karluş Fonseka — Vikipediya
Jorje Karluş di Almeyda Fonseka | |
---|---|
port. Jorge Carlos de Almeida Fonseca | |
Kabo-Verde Respublikasının Prezidenti | |
9 sentyabr 2011 – h.h | |
Əvvəlki | Pedru Pireş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mindelu, Portuqaliya Kabo-Verdesi, (indiki Kabo-Verde) |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, akademik heyət, yazıçı |
Həyat yoldaşı | Ligiya Fonseka (1989–h.h) |
Dini | Roma-Katolik kilsəsi |
| |
presidencia.cv | |
Vikianbarda əlaqəli mediafayllar |
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950[1], Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi.[3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur.[2]
1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi. 9 sentyabr 2011-ci ildə Prezident vəzifəsinə başladı və Kabo-Verdenin dördüncü Prezidenti oldu.
Digər fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]Fonseka dosent və Kabo-Verdedə Hüquq və Sosial Elmlər İnstitutunun idarə heyətinin sədri olub. O həmçinin "Direito e Justiça" Vəqfinin qurucusu və İdarə Heyətinin sədri, "Direito e Cidadania" jurnalının qurucusu və direktoru, "Revista Portuguesa de Ciência Criminal" jurnalının əməkdaşı və redaksiya heyətinin üzvü kimi çalışıb. Fonseka bir neçə kitab və əllidən çox hüquq və elmi məqalənin müəllifidir. O, Kabo-Verde hökuməti tərəfindən bir neçə dəfə mükafatlandırılıb, eyni zamanda ölkənin Azadlıq Mübarizələri titulunun sahibidir.[2]
Nişanları
[redaktə | mənbəni redaktə et]Xarici nişanları
[redaktə | mənbəni redaktə et]- Nassau ailəsinin Qızıl Aslan Cəngavəri ordeni (12 mart 2015)
- Böyük Niderland Aslanı ordeni (10 dekabr 2018)
- Böyük Azadlıq ordeni (10 aprel 2017)[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://presidencia.cv/biografia-do-presidente.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2012-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
- ↑ "Arxivlənmiş surət". 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
- ↑ "Arxivlənmiş surət". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.