Kürəkən Mehmed Paşa — Vikipediya
Kürəkən Mehmed Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Həyat yoldaşı | Hümaşah Sultan |
Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir.
1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sicill-i Osmani IV cild, səh. 21