Kürdlər (Füzuli) — Vikipediya

Kürdlər
39°32′29″ şm. e. 47°12′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Kürdlər xəritədə
Kürdlər
Kürdlər
Kürdlər xəritədə
Kürdlər
Kürdlər

KürdlərAzərbaycan Respublikasının Füzuli rayonunun Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

  • Kürdlər oykonim, sadə.
  • Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqarçayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
  • Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır;
  • Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır;
  • Cəlilabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin şimal şərq ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında panavand tayfasının kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır;
  • Düzənlikdədir. Kənd Qarabağa gələn qaçqınlar üçün Mehdi bəy Məlik-Aslanovun vəsaiti hesabına salınıb.[3] Bu yaşayış məntəqəsi Mehdi bəyə məxsus olmuş, kürd ailələrinin məskunlaşması nəticəsində yaranmış və məskunlaşan ailələrin ümumi adını qəbul etmişdir.[4] Kənd Mehdi bəy Kürdü də adlanır.[4] Bundan əlavə olaraq, Mehdi bəy kəndə içməli su kəhrizi vurub, arx çəkib.[3][5] Bölgə ictimaiyyətinin, kəndin keçmiş sakinlərinin və dövlət qurumlarının səyləri nəticəsində, həmin kəhriz aşkar olunmuş abidələrin siyahısına daxil edilmişdir və mədəniyyət abidələrinin siyahısına salınması istiqamətində Dövlət tərəfindən nəzarətə götürülüb.[6] Etnotoponimdir.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  3. 1 2 Nazim Tapdıqoğlu — "Füzuli rayonu Kürdlər kəndi" kitabı, Bakı, 2023
  4. 1 2 3 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 423 ISBN 978-9952-34-155-3
  5. Ənvər Çingizoğlu. “Qarabağda maarif" (1750 – 1950). Bakı, “Zərdabi LTD” MMC, 2013, səh. 276 ISBN 978-9952-460-29-2
  6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, — 11.09.2023-cü il N3-24-1/2-01-Q-416/22/2023