Kaldaz — Vikipediya
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər.
Kaldazınlar
[redaktə | mənbəni redaktə et]Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər.
Taz xanım
[redaktə | mənbəni redaktə et]Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır. Tez xanım olaraq da bilinər. Ülgenin arvadı olaraq keçər. Ən əhəmiyyətli xüsusiyyəti keçəl olmasıdır. Tuvalılarda qartala Tas adı verilər və Taz xanım ilə əlaqəlidir. Monqolcada kərkəs quşuna Tas/Tasu deyilməsi də yenə bu quşun keçəl bir görünüşünün olmasıyla əlaqəlidir. Tazlıq (keçəllik) tamamilə türk mədəniyyətinə aid olan diqqətə çarpan şəkildə ortaya çıxan bir güc simvoludur. Tazşa və Keloğlan ilə əlaqəli olaraq ələ alına bilər. Taskıl, Tazaqan kimi dağ adları yenə bu mövzuyla əlaqəlidir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Monqolca Qal (atəş) və Hal/Xal sözü ilə əlaqəlidir. Bundan başqa Kal/Kel kökü keçəllik ifadə edər. Kal (atəş) və Daz (keçəl) sözlərinin birləşmiş halıdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)