Kartvel dilləri — Vikipediya
Kartvel dilləri | |
---|---|
Takson | — |
Areal | — |
Təsnifat | |
Kateqoriya | ??? |
| |
Tərkib | |
— | |
Dil qrupunun kodları | |
ISO 639-2 | — |
ISO 639-5 | ccs |
Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir.[1] Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.[1] Yalnız gürcü dilinin yazısı vardır.[1] Kartvel dil ailəsinə aid dillərin ən qədim yazı nümunəsi V əsrdə Qüdsdə inşa edilmiş kilsənin üzərində tapılmışdır.[1] Bu yazı qədim gürcü dilində yazılmışdır. Bu dildə olan yazılara V–XI əsrlərdə inşa edilmiş abidələrin üzərində təsadüf edilir.[1] Fonoloji sistemində 6–7 sait və 28–30 samit fonemin olduğu göstərilir. SSRİ–də 1970-ci il siyahıyaalınması zamanı kartvel dillərində danışan bütün əhali "gürcü" adıyla siyahıya alınmışdı, qeydə alınmış 3.245.300 nəfər etnik "gürcü"dən 3.193.491 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi.[2]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Общая характеристика картвельских языков: введение Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine
- ↑ I. Introduction. — 3. Langues dans le Caucasie, de l'Asie centrale soviétique et de la Sibérie. — 3.1. Liste des langues, page 52 Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSS. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |