Kaspar Fridrix Volf — Vikipediya
Kaspar Fridrix Volf | |
---|---|
alm. Kaspar Friedrich Wolff | |
Doğum tarixi | 18 yanvar 1734[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 1794[2] (60 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | psixologiya |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Kaspar Fridrix Volf (alm. Kaspar Friedrich Wolff; 18 yanvar 1734[1][2], Berlin – 22 fevral 1794[2], Sankt-Peterburq) — alman anatomu və fizioloqu.
Dərzi ailəsində Berlində doğulmuş, orada da tibb oxumuş və 1759-cu ildə alm. "Theoria generationis" mövzusunda dissertasiya müdafiə etmişdir. Kaspar Fridrix Volf alm. "Theoria generationis" əsəri ilə müasir embriologiyanın əsasını qoymuşdur. Burada o, dəqiq müşahidələrə əsaslanaraq rüşeymin tədricən inkişafını göstərmişdir.
Yeddiillik müharibə zamanı lazaret həkimi kimi fəaliyyət göstərmişdir. Ona fiziologiyadan mühazirə oxumağa qadağa qoyulur, 1766-cı ildə II Yekaterinanın dəvəti ilə Sankt-Peterburqa gələrək Sankt-Peterburq Akademiyasının üzvü seçilir.
1768-ci ildə Peterburqda o, "De formation intestinarum" əsərini dərc edir. Əsərin əlyazması Rusiya Elmlər Akademiyasında saxlanır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.11.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ВОЛЬФ (Wolff) Каспар Фридрих // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 3 4 Brozović D., Ladan T. Caspar Friedrich Wolff // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.