Kastiliya — Vikipediya

Kastiliya
Bayraq Gerb
Bayraq Gerb
42°21′00″ şm. e. 3°49′00″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 700 ± 1 m
Xəritəni göstər/gizlə
Kastiliya xəritədə
Kastiliya
Kastiliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kastiliya ərazinin iki mümkün interpritasiyası

Kastiliyia (isp. Castilla - qəsrlər ölkəsi) İspaniyada tarixi-coğrafi ərazi. Rekonkista vaxtı müsəlmanlara qarşı mübarizədə xristianlar tədricən irəlilədikləri üçün, əraziləri ələ keçirdikcə orada dayaq nöqtələri eyni zamanda feodal qəsrləri tikirdilər. Kastiliya sözü buradan yaranıb.

İspaniyanın mərkəzi hissəsi - Kastiliya krallığı bütün yarımadanın beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı. İşğal əsnasında Kastiliyada kilsə, ruhani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların iri,qüdrətli və müstəqil torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyi də xeyli inkişaf etmişdi. Rekonkistada iştirak etmiş cəngavərlər - idalqolar Kastiliyada xüsusi ilə çox idilər. Onlar dinc əməyə həqarətlə baxır, əksəriyyəti çox yoxsul şəraitdə yaşayırdılar.

  1. El escudo y la bandera. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Memoria y diseños de los símbolos de la Comunidad Autónoma de Madrid., page 5. Santiago Amón, published by Comunidad de Madrid. ISBN 84-500-9765-7
  • Orta Əsrlər Tarixi. "Maarif" nəşriyyatı. Bakı- 1988 səh. 368