Katolikos I Simeon — Vikipediya
Katolikos I Simeon |
---|
Katolikos I Simeon — Albaniyanın XX katolikosu. Katolikos Nersesə qarşı gəlmişdi, bu vaxt Amaras yepiskopu idi.
Katolikosluğu
[redaktə | mənbəni redaktə et]Nersesin öldürülməsindən sonra taxta keçib və çox az müddətdə — il yarım taxtda oturub, lakin bu qısa müddətdə çox böyük işlər görərək, Qafqaz Albaniyasında daxili sabitliyin bərpa olunmasnda və kilsənin əhaliylə münasibətlərinin qaydaya salınmasında mühüm addımlar atıb. Bu məqsədlə o, tarixdə Katolikos Simeonun qanunları kimi bəlli olan və Azərbaycan həmin dövr tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olan yeddi qanunu qəbul edib. Bu qanunlar diofizit məzhəbinə malik keşişlərə torpaq verilməməsi və s. kimi qaydalardan ibarət idi.
Moisey Kalankatlı Simeona tabe olan yepiskopluqlar və vənglərin adını çəkir:[1]
Tabe olan yepiskopluqlar
[redaktə | mənbəni redaktə et]- Qəbələ yepiskopluğu — İohann
- Hoşun yepiskopluğu — Simeon
- Amaras yepiskopluğu — Sahak
Tabe olan vənglər
[redaktə | mənbəni redaktə et]- Nersmehr — Kşik
- Givt
- Katar
- Kalankatuyk — Davud
- Tuqrakert — Pyotr
- Alakob — Poğos
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Moisey Kalankatlı — Albaniya tarixi/II kitab, VI fəsil
SƏLƏF Katolikos Nerses | Simeon 705-706 | XƏLƏF Katolikos Mikayıl |