Kelvin Klein — Vikipediya
Kelvin Klein | |
---|---|
ing. Calvin Klein | |
Doğum tarixi | 19 noyabr 1942[1][2][…] (82 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | dizayner, dəb dizayneri, aktyor, iş adamı |
Fəaliyyət illəri | 1968-ci ildən |
Partiyası | |
ck.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kelvin Riçard Klein (ing. Calvin Richard Klein; 19 noyabr 1942[1][2][…], Bronks, Nyu-York ştatı) — ABŞ dəb dizayneri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kalvin Klein 1942-ci ilin 19 noyabrında Nyu-York yaxınlığında yerləşən Bronksda anadan olub. Yəhudi əsilli olan Kalvinin atası orta dərəcəli iş adamı imiş. Yazılanlara görə, gələcəyin dizaynerinin incəsənətə marağı hələ uşaqlıqdan yaranır. 18 yaşında yüksək incəsənət məktəbini bitirərək 2 il də Nyu-Yorkun Moda texnologiyaları institutunda oxuyur. Özünü inkişaf etdirir. 1962–1968-ci illərdə Nyu-Yorkun müxtəlif moda evlərində işləyir. Zaman-zaman küçə sənətçisi kimi də fəaliyyət göstərir.1968-ci ildə uşaqlıq dostu Barri Şvarsla birlikdə Calvin Klein, Ltd şirkətini yaradır. Hansı ki şirkət əvvəlcə kişi üst geyimləri istehsal etməyə başlayır. Tədricən qadın geyimlərinə də keçid edərək qısa müddətdə məşhurlaşır.
Kalvin 1974-cü ildə aksesuar və kürk kolleksiyasını yaradır. 1980-ci ildə 15 yaşlı model Bruk Şildsin üzərində "Calvin Klein"nin ilk cinsləri göstəriyə çıxarılır. Hansı ki buna qədər cins ictimai geyim sayılmırdı. Klein "dizayn" cinslərini cəmiyyətə təqdim edən ilk şəxs kimi reklamdan uğur qazanır. Növbəti ildə markanın satışları 25 milyon dollardan 180 milyon dollara yüksəlir. 1982-ci ildə o, "Calvin Klein"nin məşhur kişi alt geyimlərinin istehsalına start verir. 1992-ci ildə dizayner kiçik bədən ölçülü yeniyetmələr üçün nəzərdə tutulan kolleksiyası ilə yenidən Amerikanı fəth edir. Düzdür gənclik kolleksiyanı alqışla qarşılasa da yaşlı nəsil onu şiddətlə yetkinlik yaşına çatmayanları pornoqrafik reklam səhnələrinə çəkməkdə qınayır. Lakin Kalvin sudan duru çıxa bilir. Gənclər üçün yeni stilin –uniseksin yaradıcısı olduğunu təkzib etmir. Uniseks stili sayəsində o ilk dəfə cins parçanı qara rəngə boyayaraq bədənin qurluşunu əks etdirəcək qədər daraldır.
K. Klein həmişə moda xəstəsi olub. Amerikanın ən yaxşı dizayneri olmaqla bərabər yeni moda ideyalarına qarşı marağını da azaltmayıb. Hətta bəzən özünü belə geridə qoymağa cəhd edib. Geniş fantaziyası, iş qabiliyyəti sayəsində modelyer bir kolleksiyanı digərinin ardınca təqdim etməkdədir. İndiyə qədər tutduğu hər bir xətt ona uğur qazandırıb.
Yazılanlara inansaq, K. Klein ilk dəfə özünün kolleksiyasını mehmanxanalardan birinin mərtəbəsində sərgiləyibmiş. Oteldə qalan biznesmenlərdən birinin liftin düyməsini səhv basaraq məhz həmin mərtəbəyə gedib çıxması dizaynerin həyatını dəyişir. Kleinin kolleksiyası onun o qədər xoşuna gəlir ki, birdəfəyə 50 min dollarlıq alış-veriş edir.
Uğurunun ilk illərində K. Klein özünə heç nədə korluq vermir. Belə ki, qazandığını sağa-sola xərcləyən dizayner gecə klublarına gedir, bir əyləncədən qalmır. Çoxlu içir, hətta narkotiki belə təcrübədən keçirir. Şəxsi həyatı demək olar ki dağınıq hala düşür. Həmin günləri xatırlayan K. Klein "sadəcə dəlilik idi" deyir. Diqqəti çəkən isə "dəlilik illərində" belə onun işini əldən buraxmamasıdır. Klein əyyaşlıq etdiyi zamanlarda qeyri-adi kommersiya uğurları əldə edir. Amma sağalmaq istəyir. Narkotikdən müalicə alır və ayağa qalxır. Sağaldıqdan sonra yenidən eşqə düşərək özünün assistenti Kelli Rektorla evlənir. Bu barədə bir qədər sonra…
K. Klein ilk dəfə 1964-cü ildə Ceyin Senter adlı qadınla evlənib. Onların Marsi adlı qızları dünyaya gəlir. Lakin bu evlilik uzun çəkmir. 10 il sonra −1974-cü ildə Ceyin ilə Kalvin boşanırlar.1978-ci ildə Marsi qaçırılır onun azad edilməsi üçün 100 min dollar tələb edilir. 9 saat saxlandıqdan sonra istənilən məbləğin ödənilməsi nəticəsində Marsi azad edilir. Bununla belə Marsini qaçıranlar 100 min dolları rahat yeyə bilmirlər. Çünki polis onları yaxalayır.
Qeyd etdiyim kimi Kalvin narkotik və içkidən müalicə olunduqdan sonra Nyu-York moda institutunun məzunu, assistenti Kelli Rektorla evlənir. Şaiyələrə görə, dizayner sadəcə gey olması ilə bağlı söz-söhbətlərin bitməsi üçün Kelli ilə evlənir. Bu evlilik sadəcə görüntü məqsədi daşıyır. Amma 10 il sürən birlikdəlikləri boyunca cütlük kifayət qədər xoşbəxt təsir bağışlayırlar. K. Klein də həmin müddətdə normal həyata qayıdır.
2006-cı ildə o, Kelli ilə də boşanır. 2010-cu ildə dizaynerin biseksual olduğu təsdiqlənir. K. Klein keçmiş porno aktyor və biseksual, özündən 48 yaş kiçik Nik Qruberomla görüşməyə başlayır. Amma Qruberin narkotik problemi olduğundan cütlük 2012-ci ildə ayrılırlar.
Klein geyim istehsal edərkən əsas üstünlüyü seksuallığa verir. Onun moda konsepsiyasını çox zaman Vionnet, Halston və Corc Armani ilə müqayisə edirlər. Ancaq parlaq seksuallıq Kalvin Kleinin stilini seçilən edir. Dizayner kolleksiyalarında təmiz pambıq, yun və digər parça növlərindən istifadə edir. Geyimi nəinki gözəl, eləcə də rahat edir. "Calvin Klein" markası ilə istehsal edilən geyimlər, aksesuarlar "lüks" sayılır.
Bu gün "Calvin Klein" brenddən çox addır. Əsl dəb imperiyasıdır. Marka təkcə Amerika, Avropada deyil, Şərqdə belə yayılıb. Şirkətin illik dövriyyəsi 5 milyard dollar təşkil edir. Onu da bildirək ki, 2003-cü ildə dizayner varis seçmək hüququnu saxlamaqla şirkətini 400 milyon diollara "Phillips Van Heusen" satır. Hazırda "Calvin Klein, Ltd"nin ana şirkəti "PVH Corp"dur, hansı ki brendi idarə edir. Calvin Klein Inc-nin əsas rəhbərləri Barri Şars və Kalvin Kleindir. Ana şirkətin — "PVH Corp"un baş icraçı direktoru Emanuel Krikodur.
Dizaynerin özünün müsahibəsinə görə, "Calvin Klein"dən daha çox müasir qadınlar alış-veriş edir: "Hansı ki işləyirlər və ailə qayğısı çəkirlər. Geyimdən həzz almaq və özlərini qadın kimi hiss etmək istəyənlər əsas alıcılardır". O ki qaldı markanın alıcılarının yaşına, K. Klein belə deyir: "Yaş əhəmiyyət kəsb etmir. İnsanın ambisiyası və enerjisi varsa, yaş vacib deyil". Kalvin Klein təkcə dizayner deyil, həm də uğurlu biznesmendir.
K. Klenin əsas hobbisi gözəl restoranlardır. Dizayner xüsusilə yapon mətbəxini sevir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Calvin Klein // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Calvin Klein // Brockhauz Ensiklopediyası (alm.).