Keratit — Vikipediya
Keratit | |
---|---|
XBT-10 | H |
XBT-10-KM | H16.9, H16 |
XBT-9 | |
XBT-9-KM | 370[1][2], 370.9[1][2], 370.8[2] |
OMIM | 148190 |
DiseasesDB | 7150 |
MeSH | D007634 |
Vikianbarda əlaqəli mediafayllar |
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər[3] [4].
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.
Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər.
Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.
Simptomları
[redaktə | mənbəni redaktə et]- ağrı
- görmənin zəifləməsi
- xəstə gözün qızarması
- xəstə gözün buynuz qişası parlaq deyil, bulanıq görünür,
- gözdə yad cismin olması hissi
- işiqdan qorxmaq
- gözlərin sulanması
- blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)
Səbəbləri
[redaktə | mənbəni redaktə et]- "quru göz" sindromu. Bu sindromun inkişafı göz qapaqları xəstəlikləri, A vitamininin çatışmazlığı, göz yaşların ifrazının pozulması, qadınlarda klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində mümkündür.
- gözdə yad cismin olması
- güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri (məsələn, qaynaq zamanı)
- allergiya
- kontakt linzaların düzgün taxılmaması
- yerli hormonal preparatların tətbiqi
- göz travmaları
- viruslar (adenovirus, sadə herpes virusu). Keratitin əsas səbəbi sadə herpes virusu sayılır. İnsanların əksər hissəsi sadə herpes virusunun daşıyıcılarıdır. Lakin keratit hamıda inkişaf etmir. Virus immun sisteminin zəifləməsi zamanı aktivləşir. Bu zəifləməsinin səbəbi soyuqlama, stress və s. ola bilər.
- bakteriyalar (stafilokokk, streptokokk və s.)
- göbələk infeksiyaları
- cərrahi əməliyyatların ağırlaşmaları.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Keratitin müalicəsi onun səbəbindən asılıdır. Bəzi hallarda dərmanlar kömək etmədikdə cərrahi əməliyyat tətbiq oluna bilər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kaeratit - saglamolun.az (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "Ophthalmology & Visual Sciences". Chicago Medicine (ingilis). 2012-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
- ↑ Tang A, Marquart ME, Fratkin JD, McCormick CC, Caballero AR, Gatlin HP, O'Callaghan RJ. "Properties of PASP: A Pseudomonas Protease Capable of Mediating Corneal Erosions". Invest Ophthalmol Vis Sci. 50 (8). 2009: 3794–801. doi:10.1167/iovs.08-3107. PMC 2874894. PMID 19255155.