Kijəbə — Vikipediya
Kijəbə | |
---|---|
38°32′00″ şm. e. 48°48′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 24 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0715[1] |
Kijəbə, Kijoba — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər.[3]
Adın mənşəyi və tarixi
[redaktə | mənbəni redaktə et]Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Talışlar və azərbaycanlılardan ibarətdir.
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Seyran Yusifov (1974–1993).
- Əbdülsalam Abbasov (1966–1993).
- Nail Həsənov (1975–1994).
- Cəmil Fərziyev (1975–1994).
- Azər Rzayev (1981–2001).
- Xaqani Babazadə (2001–2020).
- Orxan Babayev (1994–2020).
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsasən əkinçiliklə məşğul olurlar. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbənin iqtisadiyyatını əsasını təşkil etmişdir. Bu səbəbdən bazar iqtisadiyyatı geniş yayılmışdır.
Din
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Kijəbə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Astara rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |