Kilsəli — Vikipediya
Kilsəli | |
---|---|
40°07′08″ şm. e. 46°11′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.582 m |
Saat qurşağı | |
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir.[1] Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır.
Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir.[2]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir. Dağın hündürlüyü 2301 m. təşkil edir. Oronim Kilsəli (ərazidəki kənd adı) və dağ komponentlərindən düzəlib, "Kilsəli kəndi yaxınlığındakı dağ" mənasındadır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007.
- ↑ Kilsəli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |