Kimon — Vikipediya
Kimon | |
---|---|
yun. Κίμων | |
| |
Doğum tarixi | e.ə. 510 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 450 |
Vəfat yeri |
|
Atası | Miltiad |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi.
Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir.
Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir. Şəkilli dirəyin (q.yun. Ποικίλη στοά altında məşhur filosof Kitili Zenon dərs verirdi. İlk tədris verilən yerin adına görə bu məktəbin davamçıları stoiklər adlanırdı.
Daha sonralar xalqın Kimonun lakonofilliyini (Sparta aid hər şeyə hörmət və ehtiram bəsləmək) qəbul etməməsi, onun Tasos səfərində iştirakı, Messena müharibəsində Afinanın potensial düşməni Spartanı müdafiə etməsi və çirkli siyasi metodlardan istifadə etməsinə görə ostrakizmə məruz qalmış və bir müddət şəhərdən qovulmuşdur.
Kiprdə gedən hərbi əməliyyatlar zamanı ölən Kimon öz tərəfdaşlarına dərhal adanı tərk etməyi və onun ölümünü gizləməyi əmr etmişdi; bu əmr yerinə yetirilmişdi, nə onun düşmənləri, nə də müttəfiqləri heç nə barədə şübhəyə düşməmişdi. Geriyə qayıdan afinalılar Salamin yaxınlığında (əfsanəyə görə şəhərin əsasının Salamin adasından gəlmiş bir nəfər qoymuşdu) İran qoşunları qarşısında iki qələbə qazandılar. Qədim yunan tarixçisi Fanodemin yazdığına görə afinalılar "otuz gün əvvəl ölmüş Kimonun başçılığı altında" sağ-salamat Afinaya qayıtmışdılar.
Mənşəyi. İlk illəri
[redaktə | mənbəni redaktə et]Kimon ata tərəfdən qədim zadəgan nəsli olan Filaidlərdən idi Onun ana tərəfi heç də geri qalmırdı. Anası Frakiya padşahı Olorun qızı Hehespila idi.
Kimonun atası Miltiad Frakiya Xersonesi şəhərinin tiranı idi[1]. Gələcək sərkərdənin böyüdüyü vəziyyət Afinadakı ilə qətiyyən uyğun deyildi. Afinada tiran Pisstradın qovulması və Klisfenin islahatları ilə nəticələnən güclü daxili mübarizə getdiyi halda, Xersonesdə hər şey çox sakit idi[1]. Tranın oğlu və Frakiya padşahının nəvəsi dəbdəbə içərisində yaşayırdı.
Onun problemsiz həyatı e. ə. 493-cü ildə başa çatdı. Kimonun atası Miltiad İoniya üsyanı zamanı İrana qarşı çıxış etmiş yunanlara qoşuldu. Üsyanın yatırılmasından sonra Miltiad təqiblərdən uzaqlaşmaq üçün Afinaya qaçmaq məcburiyyətində qaldı, bu zaman oğlunu da özü ilə aparmışdı.
Üç ildə sonra Miltiad İran qoşununu Marafon döyüşündə məğlub etdi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Суриков, 2008
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |