Kloun — Vikipediya

Kloun (ing. clown) və ya təlxək — komik tamaşanın üsullarından istifadə edən sirk, estrada teatr artisti.

İlk dəfə e.ə. 1600-cü illlərdə meydana çıxan klounluq peşəsi bu gün dünyanın bir çox yerində sənət sahəsi kimi qəbul edilir, əyləncə və uşaq oyunları ilə birlikdə işlənir. Bəzi mənbələrə görə XVIII əsrə qədər klounlar saraylarda yaşayırdılar.

Klounlar sifətində komik ifadə olan sənətkarlardır. Bunu təmin etmək üçün, rəngli və şişirdilmiş pariklər, müxtəlif üslubda makiyajlar, qeyri-adi iri ayaqqabılar və qəribə kostyumlardan istifadə edilir. Amerikalı sosioloq Peter Lüdviq Berger bu məsələ ilə bağlı olaraq belə demişdir: "Bu məzhəkə və komik davranışların, din və sehrbazıq kimi, insan cəmiyyətinin bəzi mühüm ehtiyaclarını yerinə yetirməsi məntiqli görünür".

İncəsənət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.