Kolıma körfəzi (Allayıaxa ulusu) — Vikipediya

Kolıma körfəzi
rus. Колымский залив
Ümumi məlumatlar
Tip Körfəz
Yerləşməsi
70°57′01″ şm. e. 151°54′42″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Kolıma körfəzi xəritədə
Kolıma körfəzi
Kolıma körfəzi
Kolıma körfəzi xəritədə
Kolıma körfəzi
Kolıma körfəzi

Kolıma körfəziŞərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir[1]. Çıxacaqda isə KolesovskiKolesovskaya Otmel adaları vardır[2]

Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır. Sahilinə yaxın yerləşən iri göllər — Loqin və Karqotovo. Körfəz ilin böyük hissəsi buzla örtülü olur.

İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.

  1. "Топографическая карта западной части залива R-56-VII, VIII — 1 : 200 000". 2015-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  2. "Топографическая карта восточной части залива R-56-IX, X — 1 : 200 000". 2015-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.