Kolonist parkı — Vikipediya

Kolonist parkı
Колонистский парк
Xəritə
59°52′ şm. e. 29°53′ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Şəhər Peterhof
Yerləşir Peterhof
Tikilmə tarixi 1837
Sahəsi
  • 29,1 ha
İstinad nöm.7810406069
Mühafizə dərəcəsiFederal
Kolonist parkı (Sankt-Peterburq)
Kolonist parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır.

Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı.

Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı.

Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi.

Çariçin pavilyonu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çariçin pavilyonu

Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 18421844-cü illərdə tikilmişdir. İmperator I Nikolay pavilyonu həyat yoldaşı Aleksandra Fyodorovnaya hədiyyə etmişdir. Pavilyonun tərtibat işlərində və planlaşdırmasında imperatriçanın qədim Pompey şəhərinin memarlığına olan lətafəti öz əksini tapmışdır.

Plan baxımından Çariçin pavilyonu assimetrikdir; 3 mərtəbəli bina xaricdən gözəl pilləkən və qüllə ilə tamamlanır. Ətrafındakı suya əsas fasadın parapet şəklində və çuqun vazalarla bəzədilmiş böyük terrasası aparır. Pavilyonun interyerində mərmər müxtəlif növləri (ağ, boz, qırmızı, qara, mavi, sibir və fin), Pompey mozaikası, həmçinin antik və intibah dövrünə aid orijinal incəsənət əsərlərindən istifadə olunmuşdur. Adanın bütün ərazisi heykəl, daş skamya və fəvvarələr ilə bəzədilmişdir.

border=none Əsas məqalə: Olqa pavilyonu

Gölməçənin qərb hissəsində Olqa pavilyonu yerləşir. Pavilyon ikinci adada imperator I Nikolayın qızı Olqa Nikolayevnanın şəxsi istifadəsi və istirahəti üçün memar A.Ştakenşneyderin layihəsi əsasında 1846-1848-ci illərdə inşa edilmişdir.