Kolonnada — Vikipediya

Apameya məbədində kolonnada

Kolonnada (fr. colonnade) — memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad. Kolonnada daha çox portikqalereya formasında tətbiq olunur. Əsas binaya bitişik olan bu forma vizual görüntünün genişliyinə imkan verir[1][2]

İlk kolonna nümunələrinə Misir və Antik dövr memarlığında rast gəlinir. Yunan və Roma abidələrinin vaz keçilməz elementlərindən biri olan kolonna indidə memarlıqda geniş tətbiq olunur.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kolonnada tətbiqində əsas cəhətlər sütunların hündürlüyü, diametri, aralarında ki, məsafə və cərgələrin sayıdır. Buraya binanın ümumi həcmi və hündürlüyüdə aiddir.

  1. Bircərgəli (Peripter) — kolonnada bir cərgə olur. və məbədi dörd tərəfdən əhatə edir.
  2. İkicərgəli (Dipteros) — kolonnada iki cərgəli olur.
  3. Yalançı (Pseudodipteros) — kolonnada bir cərgəli olsa da, binanın sütunlardan uzaq olan hissəsində iki cərgəli olur. Daxildə sütunların nizamı pozulmuş haldadır.

Sütunlar arasında olan məsafələr və digər qanunauyğunluqlar Dorik, Toskan, İonik və Korinf orderlərdə fərqli-fərqli olur[3]

Məşhur kolonnadalar

[redaktə | mənbəni redaktə et]
  1. "КОЛОННАДА". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  2. "colonnade". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
  3. "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.