Kompüterin arxitekturası — Vikipediya

Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s.

Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşınsistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir.

"Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur.

  • M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.