Konodontalar — Vikipediya

Konodontalar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Konodontalar
Beynəlxalq elmi adı

Konodontalar (lat. Conodonta) — mikroskopik (bəzən mm hissələrindən 3 mm-dək), fossil halında dişşəkilli əmələgəlmələrlə təmsil olunmuş orqanizmlər. Skelet kəhrəba rəngli kalsium-fosfatdan ibarətdir. Konodontalar iki qrupa ayrılır: sadə konodontalar və mürəkkəb konodontalar. Sadə konodontalar müxtəlif şəkildə bükülmüş konus formasında olur. Mürəkkəb konodontalar arasında üç növ müxtəlifliyi ayrılır: vərəqşəkilli, çubuqşəkilli və platformaşəkilli. Vərəqşəkilli konodontalar ensiz lövhədən ibarət olub üzərində bir iri konus və onun ardınca düzülən xırda və müxtəlif diş-diş çıxıntılar yerləşir. Çubuqşəkilli konodontalar iri aralıq dişə nisbətən simmetrik yerləşmiş konusvari dişcikləri olan əyilmiş ensiz lövhə formasındadır. Platformaşəkilli konodontalar üzərində çoxsaylı dişcik, qabırğa və təpəciklər olan geniş yastı bünövrəsi olur. Konodontalar sistematik vəziyyəti və funksional təyinatı tam aydın deyil. Qeyri-müəyyən tipə (Incertae phylum) aid edilir. Konodontalar həyat tərzinə görə nekton və ya hərəkətli bentos orqanizmlərə aiddir. Biostratiqrafiyada zonal formalar kimi istifadə edilir. Orta kembri — trias.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]