Koroğlu qalası (Şəmkir) — Vikipediya

Koroğlu qalası
Ölkə
Şəhər Şəmkir
Yerləşir Şəmkir şəhərinin yaxınlığı, Zəyəmçayın sahilində
Aidiyyatı Koroğlu
Tikilmə tarixi XVI-XVII əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material süngər daşı, əhəng məhlulu
İstinad nöm.336
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Koroğlu qalasıŞəmkir rayonu ərazisində yerləşən XVI-XVII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidənin dövrümüzə çatmış hissəsi möhkəm əhəngdaşından ibarət təpənin ən yüksək yerini tutur.

Koroğlu qalasının divarlarının hörgüsündə yerli süngər daşından istifadə edilmişdir. Xaricdən hörgü səliqəli horizontal xəttlər üzrə aparılmışdır. Daxildən isə hörgünün səliqəli olmasına bir o qədər də fikir verilməmiş və əhəng məhlulu ilə üzlənmişdir. Hörgü zamanı da möhkəm əhəng məhlulundan istifadə edilmişdir. Çılpaq qaya üzərində ucalaq qala təmələ malik olmamaqla, üzvi şəkildə yerləşdiyi sıldırım qayanın bətninə toxunmuşdur.

Kiçik Qafqaz dağlarının şimal ətəkləri, diblərindən kür çayı və onun qolları polan dağ çayları keçən gözəl düzənliklərlə zəngindir. Kür vadisindən yaylağa giriş çoxlu sayda müdafiə tikililəri, qəsrlər və gözətçi qüllələri ilə zəngindir. Yaylaq ərazisində yerləşdirilmiş bu cür tikililərin inşası üçün elə yüksək ərazilər seçilmişdir ki, onların hər birindən baxarkən geniş ölçülü ətraf ərazilər, həmçinin ən yaxın ərazidə olan digər müdafiə tikililərini görmək mümkün olsun.[1] Şəmkir rayonu ərazisindəki Koroğlu qalası da bu tip müdafiə-müşahidə tikililərindən biridir.[1]

Abidənin dövrümüzə çatmış hissəsi möhkəm əhəngdaşından ibarət təpənin ən yüksək yerini tutur. Təpənin yamacları və ətəklərində çoxlu dəfn abidələri vardır.[1] Koroğlu qalası yaxınlığında, Şəmkir şəhəri ərazisində, Cəgirçayın sahilində dörd divar və künc qüllələrindən ibarət başqa bir müdafiə tikilinin də qalıqları dövrümüzə çatmışdır.[2] Böyük təpənin zirvəzində yerləşən bu qaladan Kür çayı vadisinə və Böyük Qafqaz silsiləsinin ətəklərinə geniş nəzarət baxışı açılır. Bu qaladan həm də Koroğlu qalası aydın görünür və Cəgirçay vadisinə mənzərə açılır.[3]

Bu cür kiçik müdafiə və müşahidə tikililəri Şəmkir, Göygöl, Ağstafa ərazilərində bir zəncir kimi düzülərək Gürcüstan zərhəddinə kimi uzanır və çay vadilərini müşahidə etməyə, həmçinin yaxınlıqdakı qalaları xəbərdar etməyə imkan verir.[4] Xalq arasında yayılmış əfsanələr bu qala və qalaçaların bir çoxunu Koroğlunun adı ilə əlaqələndirir. Lakin onların bəzilərində XVII-XVIII əsrlərdə həyata keçirilmiş inşaat-yenidənqurma izləri olsa da, əksəri tarixi baxımından daha qədim dövrlərə aiddir.[4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Koroğlu qalasının divarlarının hörgüsündə yerli süngər daşından istifadə edilmişdir. Xaricdən hörgü səliqəli horizontal xəttlər üzrə aparılmışdır. Daxildən isə hörgünün səliqəli olmasına bir o qədər də fikir verilməmiş və əhəng məhlulu ilə üzlənmişdir.[2] Hörgü zamanı da möhkəm əhəng məhlulundan istifadə edilmişdir.[3] Çılpaq qaya üzərində ucalaq qala təmələ malik olmamaqla, üzvi şəkildə yerləşdiyi sıldırım qayanın bətninə toxunmuşdur.[2]

Qayanın qala ətrafında yerləşən səthi 14-20 sm diametrə, 15-20 sm dərinliyə malik kasa formalı çapma çökəkliklərə malikdir. Bu kasalar da öz aralarında dərin olmayan kanallar vasitəsi ilə əlaqələndirilmişdir.[2] Bu cür çapma kasalara Cingirdağ və Xaçbulaqda da rast gəlinir və İ. M. Cəfərzadə onları daş dövrünə aid edir.[2]

  1. 1 2 3 Щеблыкин, 1943. səh. 52
  2. 1 2 3 4 5 Щеблыкин, 1943. səh. 53
  3. 1 2 Щеблыкин, 1943. səh. 50
  4. 1 2 Щеблыкин, 1943. səh. 54
  • Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.
  • Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943.