Kosmetologiya — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kosmetologiya — gözəllik müalicəsinin öyrənilməsi və tətbiqidir. Xüsusi sahələrə üzün kosmetoloji saplarla gərilməsi, saç düzümü, dəriyə qulluq, kosmetika, manikür / pedikür, ağda və şəkər kimi qalıcı olmayan epilyasiya və elektrologiya və sıx impulslu işıq kimi qalıcı epilyasiya əməliyyatları daxildir.
Kosmetologiya nədir
[redaktə | mənbəni redaktə et]Kosmetologiya estetik problemlərin həlli ilə məşğul olan elmdir. Bu elm özünəməxsus vasitələrlə insanın xarici görkəmindəki qüsurları aradan götürməklə məşğul olur. Kosmetoloji problemlər kosmetoloq həkimlər tərəfidən müxtəlif üsullarla aparılır. Bu üsullara dermotologiyanın inkişafı nəticəsində aparılan dermotoloji fizioterapevtik, bərpaedici, kosmetik kimya sahəsində istifadə olunan vasitələrlə aparılan müalicə üsulları aiddir.
Kosmetologiya tarixi
[redaktə | mənbəni redaktə et]Mənbələrə görə, kosmetologiya ilk Mesopotamiyada mövcud olmuşdur. Ancaq yüksək sinifə aid olan varlı və elit cəmiyyət üzlərini və dırnaqlarını rəngləyə bilərdilər. Misir heroqliflərinə görə, yüksək təbəqədən olan kişi və qadınlar göz nayihələrini rəngləyirlərmiş. Qədim Yunan dövlətində isə vəziyyət fərqli idi. Deyilənə görə, Sparta şəhərindən olan qadınlara kosmetik vasitələr, əsasən də üz boyama qadağan olunmuşdur. Səbəb isə, onların inanclarına görə, Sparta xanımları anadangəlmə, digərlərindən üstün olan gözəlliyə malik olurmuş. Buna görə də Spartalı qadınlar hamam, spa, manikür, saç düzümləri ilə məşğul olurmuşlar. Roma İmperiyası genişləndikdə onlar Yunan mədəniyyətini və digər ölkələri işğal etdikcə gözəllik vərdişlərini mənimsəmişdilər. Beləliklə də, kosmetoloji adətlər də yayılmağa başlamışdır.
Kosmetologiyanın növləri
[redaktə | mənbəni redaktə et]Kosmetolji müalicə iki üsulla aparılır: 1 Terapevtik kosmetoloji müalicə 2 Cərrahi kosmetoloji müalicə Terapevtik kosmetologiya aşağıdakı üsullarla müalicə aparılır: -dərinin xüsusi maddələrlə təmizlənməsi, qidalandırılması -dərinin massajı -iynəbatırma üsulu ilə müalicə(mezoteratiya, botulinoterapiya, kontur plastikası) -fizoterapevtik üsullar(lazer terapiyası ı, fototerapiya, maqnit terapiyası, ultrasəs və s) Cərrahi kosmetologiyda isə pasiyentə cərrahi müdaxilə olunur.