Kotanbağ — Vikipediya
Kotanbağ | |
---|---|
Ölkə |
Kotanbağ — Ağdam rayonunda yer adı. 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Toponomik izahı
[redaktə | mənbəni redaktə et]Türk dillərində kutan - “Heyvan üçün dəyərli formalı tövlə“ “dağ örüş yerində çobanların köçü“ və qar "sıldırım qaya“ yaxud ərəbcə qar-“mağara“ sözlərindən ibarətdir. Azərbaycanda Laçın rayonunda Kotanqaya dağı, Dəvəçi ilə Quba r-nları sərhəddində Kotandağ Dəvəçi r-nunda Kotandağ (570 m), Naxçıvanda Kotandağ (1267), Keş-Qutan kənd adı (Zaqatala r-nu), Qax rayonunda Qutan düzü (Cudulu k.), Kotan düzü (Qımırlı k.), Kotanlı (Zaqatala r-nu Mıxlıqovaq k.), Qərbi Azərbaycanda Kotanlı kəndi; Dağıstanda Qurqur-Kutan və s. toponimlərlə mənaca eynidir. Şamxorçaydan çəkilmiş bir arx Kotançı arxı adlanırdı. Oğuz rayonunun Qışlaq kəndi ərazisində Kotantala, Qəbələ r-nun Mıxlıqovaq kəndi ərazisində Kotantala, Kotanbağ, Ağdaş r-nunda Kotanarx toponimləri də bu sıradandır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın toponimləri"
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçid
[redaktə | mənbəni redaktə et]- https://aghdamnewsnet.wordpress Arxivləşdirilib 2020-04-20 at the Wayback Machine