Kovalent əlaqə — Vikipediya
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur.
Kovalent rabitə nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur. Beləliklə, atomlar arasında ümumi (ortaq) elektron cütləri vasitəsi ilə əmələ gələn rabitə növü kovalent rabitə adlanır.
Kovalent əlaqənin əmələ gəlmə mexanizmi
[redaktə | mənbəni redaktə et]- Kovalent əlaqənin əmələ gəlməsinin iki mexanizmi mümkündür:
- mübadilə mexanizmi – əlaqə müxtəlif atomlara aid olan elektronların cütləşməsi hesabına yaranır;
- donor-akseptor mexanizmi – əlaqə bir atomun elektron cütü (donor) və digər atomun (akseptor) vakant orbitalı hesabına yaranır. Donor-akseptor mexanizmi ilə yaranan kovalent əlaqə az möhkəm olur.
- Kovalent əlaqə polyar və qeyri-polyar olur. O əlaqə polyar adlanır ki, bu əlaqədə elektron sıxlığı daha çox elektromənfi atoma doğru yerini dəyişir. Qeyri-polyar əlaqə əmələ gəldikdə belə yerdəyişmə olmur. Polyarlaşma nisbi elektromənfilikləri müxtəlif qiymətlərə malik olan element atomları arasında əlaqə yarandıqda baş verir.
- Çox vaxt kovalent əlaqə elektron cütünü ifadə edən xətt (–) ilə ifadə olunur. Məsələn, H–H, H–Cl, H–O–H
Əlaqənin belə ifadəsi ilə alınan yazı struktur formulu adlanır.
- Atom onun valent səviyyələrində olan ümumi orbitalların sayından çox kovalent əlaqələr yarada bilməz.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Z.Qarayev "Qeyri-üzvi kimya" , Maarif-1975.
Bu məqalə qaralama halındadır. |