Kulikovo döyüşü — Vikipediya

Kulikovo döyüşü
Kulikovo döyüşü 17 əsrin miniatüründə
Tarix 8 sentyabr 1380
Yeri Kulikovo çölü, Tula vilayəti, Rusiya
Nəticəsi Tatarların məğlubiyəti
Münaqişə tərəfləri

Qızıl Orda

Moskva knyazlığı
Smolensk knyazlığı
Nijeqorod-Suzdal knyazlığı

Komandan(lar)

Mamay xan

Dmitri Donskoy

Tərəflərin qüvvəsi

10 min [1]

30 min [1]

İtkilər

3.000

12.000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kulikovo döyüşü - Dmitri Donskoyun komandanlığı altında olan ruslarla Qızıl Orda xanı Mamay xan arasında, 8 sentyabr 1380-ci ildə Don, Nepryadva və Krasivaya Meça çayları arasındakı Kulikovo çölündə(hal-hazırda Tula vilayətinin Kimovski və Kurkinski rayonları) baş vermiş döyüş.

Döyüş öncəsi

[redaktə | mənbəni redaktə et]

1380-ci ilin yayında çərkəzlərin, osetinlərin, ermənilərin, eləcə də krımlı genuyalıların da daxil olduğu təxminən 100 minlik qoşun, o zaman Qızıl Ordanın faktiki hakimi olmuş tümənbaşı Mamayın komandanlığı altında, güclənməkdə olan Moskva üzərinə yeridi. Böyük Litva knyazı Yaqaylo və (bəzi məlumatlara görə) ryazanlı knyaz Oleq Mamayın müttəfiqi idilər. I Dmitriy bütün rus knyazlıqlarına bütün mümkün qüvvələrin toplanması çağırışı ilə xəbər göndərir. Mamay onların zərbəsini qarşılamasın deyə rus qoşunları Moskvaya aparan yollarda, KolomnaSerpuxovda toplanırlar. Dimitrinin qoşununda Novqorod, Tver, Nijeqorod,RyazanSmolenskdən başqa demək olar ki bütün rus knyazlıqları iştirak edir. Moskva knyazı fəal hərəkətlərlə tatarlarla litvalıların birləşməsini qarşılamağı fikirləşirdi, həm də Mamayı rus ərazilərinin sərhədində qarşılamaq fikrindəydi.

Rəqiblərin dispozisiyası

[redaktə | mənbəni redaktə et]

6 sentyabrda təxminən 100 minlik rus ordusu Nepryadvanın qovuşduğu yerdə Dona çatdı. Ruslar Don çayını keçmək qərarına gəldilər. Bununla onlar Odoyevə yaxınlaşan litvalıların zərbəsini qarşılamış olurdular, eyni zamanda rusların seçdiyi Kulikovo çölü nisbətən dar olduğuna görə tatar süvari kütləsi üçün əlverişsiz idi. Sentyabrın 8 səhər ruslar Donu keçdilər və, Mamayın ordusu yaxınlaşarkən keşikçi alayının müdafiyəsi altında Kulikovo çölündə döyüş qaydasına düzüldülər. Rəqibin yandan keçmək taktikasını və ərazinin xüsusiyətlərini nəzərə alaraq Dmitriy dərin döyüş qaydası yaratdı: mərkəzdə böyük alay, sağda və soldaki cinah alayları tatar atlıları üçün çətin keçilən yerlərə dayandılar. Əsa qvvələrin önündə keşikçi və ön alaylar düzləndi. Keşikçi alay döyüşü başlamaq məqsədi güdürdü, ön alay rəqib süvarilərinin birinci zərbəsini üzərinə götürməliydi və onun döyüş qaydasını pozmalıydı. Hər iki alay rəqibin əsas böyük alaya zərbəsini zəiflətməliydi. Böyük alayın arxasında xüsusi süvari rezerv yerləşirdi. Bundan başqasərkərdə Dmitriy Bobrokun və Serpuxov knyazı Vladimirin komandanlığı altında seçmə süvarilərdən xüsusi pusqu alayı yaradılmışdı. Bu alay ümumi rezerv rolunu oynayırdı və gizli olaraq meşədə əsas qüvvələrin sol cinahı arxasında yerləşdirilmişdi. Ümumiyətlə rus mövqeləri cəbhdə və cinah zərbələrinə qarşı təmin olunmuşdu, və dərindən zərbəni artırmaq və alaylar arasında uzlaşma imkanı yaradırdı. Mamayın ordusu yüngül süvarilərdən təşkil olunan ön alaydan, mərkəzdə duran muzdlu genuyalı piyadalardan, öz ön dəstəsi və rezervi olan süvarilərin iki xəttə düzlənən güclü sağ və sol cinahlarından ibarət idi. Mamay süvarilərin köməyilə rus ordusunu mühasirəyə alıb darmadağın etmək istəyirdi.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]
Peresvetlə Teymur Mirzənin (Çəlubəy) tək bə tək döyüşü, V.Vasnetsov

Vuruşma saat 12-də Peresvetin Teymur Mirzə (Çəlubəy) ilə tək bə tək döyüşü ilə başladı. Hər ikisi həlak oldu. Sonra tatar süvariləri keşikçi alayını vurub ön alayı darmadağın edərək üç saat ərzində rusların mərəkəzini və sağ cinahını yarmaqa cəhd etdilər.Ruslar xeyli itki verdilər. Mamay əsas zərbəni rusların sol cinahına keçirəndən sonra və rus alaylarını sıxışdırmağa başlayandan sonra, xüsusi rezerv işə salındı. Lakin tatarlar rusların sol cinahını yardılar və arxalarına çıxdılar. Bu həlledici anda rusların sol cinahını yaran tatarların cinahına və arxasına öz növbəsində pusqu alayı zərbə endirdi. Pusqu alayının qəfil hucumu bütün döyüşün gedişini dəyişdi. Tatarlar sarsıldı və geri çəkilərək qaçmağa üz tutdu. 50 km məsafədə Mamayı təqib edərək ruslar onun qoşunları darmadağın etdilər. Ruslar 30 minə yaxın, tatarlar isə ordularının 3/4 itirdilər. Hər iki tərəfdən ölən və yaralananların sayı 50 minə yaxın idi.

  1. 1 2 L. Podhorodecki, Kulikowe Pole 1380, Warszawa 2008, s. 106
  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.4 səh. 518-519